Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; ) — aktyor, teatr direktoru.

Həyatı Füzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir.

F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

Mükafatları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 aprel 1979-cu il tarixli Fərmanı — anl.az saytı

Əsas rolları İki sahibin qulluqçusu (K.Qaldoni) — Trufaldino Qış nağılı (V.Şekspir) — Antiqon Qəribə həkim (A.Safronov) — Koppuş Hacı Qəmbər (N.b.Vəzirov) — Hacı Qəmbər Toy (S.Rəhman) — Kərimov Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Savalan Dəyişmə (Elçin) — keşikçi Yolçular (A.Mirzəyev) — sabirabadlı

Filmoqrafiya Azadlığa gedən yollar (film, 1990) — Salamov Qara "Volqa" (film, 1994) — sahə müvəkkili Yük (film, 1995) — xırdavatçı Etimad telefonu (film, 2001) — yol polisi Olacağa çarə yoxdur (film, 2003) Yol yoldaşları (film, 2003) Sonuncu şahid (film, 2004) Qarabağa gəzinti (film, 2005) Koma 0,1 saniyədə (film, 2007)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Sabirabad rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları