Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru.
Həyatı Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi.
24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib.
Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi".
Filmoqrafiya Bir anın həqiqəti (film, 2003) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Küçələrə su səpmişəm (film, 2004) Prokuror (2008) – baş prokuror Sonuncu şahid (film, 2004) Yanmış körpülər (film, 2007)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları