thumb|250px|Baykal gölünün xəritəsi thumb|250px|Şaman Qayası 250px|thumb|Kiçik dənizə açılan mənzərə Kiçik dəniz ( — "dar dəniz") — Baykal gölünün mərkəzi hissəsində Olxon adasını materikdən ayırır. Boğaz Baykalönü milli parkının ərazisinə daxildir.
Topaqrafik xəritələrdə və atlaslardaİrkutsk diyarı, Ust-Ordınski, Buryatiya muxtar vilayətı. Avtoyol xəritəsi, 2002 г. ISBN 5-85120-125-8 Kiçik dəniz boğaz kimi göstərilmışdir. Naviqasiya xəritələri və atlaslarında (Rusiya Müdafiə Nazirliyinin müvafiq xəritələrində) körfəz olaraq göstərilirBaykal gölü. Mərkəzi hissə. От устья реки Селенги до мыса Ижимей. М 1: 200000. Admiral № 62061. — SPB.: QUNiO МО RF, 1992.Baykal gölü. Mərkəzi hissə. İjimey burnundan Daşa körfəzinə qədər. М 1: 200000. Admiral № 62062. — SPB.: QUNiО МО RF, 1992.Baykal gölü. Admiral № 1007. — SPB.: QUNiО МО RF, 1993. — 238 с.Baykal gölü. Sahil hissə. М 1:50000. Admiral nömrə 65064. — СПб.: QUNiО МО RF, 2001.. "Kiçik dəniz" toponiminin sonunda boğaz/körfəz terminləri işlədilir.
Boğazın uzunluğu 70 km, eni isə 5–16 km arası dəyişir. Dərinliyi şimal hissədə 210 m təşkil edir. Şimal-qərb hissədə sahil novunda dərinliyi 1746 m-dir. Cənub-qərbdə Kiçik dəniz boğazı Olxon darvazasına birləşir, şimal-qərbdə isə Muxor körfəzi yerləşir.
Kiçik dənizdə İjilxey, Zamoqoy, Oqoy, Oltrek, Xibin və s. adaları vardır. Sahillərində Aral, Zunduk, Oto-Xuşun, Ulan-Xanski, Uyaqa, Xadarta (materik sahili), Xoboy, Şaman Qayası, Kobılya Qolova, Budun, Şibetski (Olxon adası) burunları vardır. Boğaza Sarma və Kurma çayları axır.
Balıqçılıq inkişaf etmişdir. Sularında nərə, baykal omulu, siqi, okun, adi durnabalığı və eleç kimi balıqlar vardır.
Sahillərində İrkutsk vilayəti Olxon rayonu ərazisində bir sıra yaşayış məntəqələri vardır: Xujir, Xaransı, Pesçanaya, Kurma və Sarma.
İstinadlar
Kateqoriya:İrkutsk vilayətinin boğazları Kateqoriya:Baykal