Bişara Əl-Xuri (; ) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidentiDavid S. Sorenson (12 November 2009).Global Security Watch—Lebanon: A Reference Handbook: A Reference Handbook .

Həyatı Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı.

İkinci Dünya müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi. Onun dövründə Livan iqtisadiyyatının inkişafı sürətləndi. Lakin 1948-ci ildə baş verən Ərəb-İsrail müharibəsi və fələstinlilərin Livan torpaqlarına axını Livan iqtisadiyyatı zəifləməyə başladı.

Fələstin problemində qərarsızlığı, ölkə baş verən özbaşınalıq hallarını əsas gətirərək, 1952-ci ildə istefa verdi.

Həmçinin bax Livan

Qeydlər

İstinadlar

Kateqoriya:Livanın dövlət xadimləri Kateqoriya:Livan prezidentləri Kateqoriya:Livan baş nazirləri Kateqoriya:Livan siyasətçiləri Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:XX əsr Livan siyasətçiləri Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları