Rast. Niyazi — rejissor Nonna Müzəffərovanın sənədli filmi. Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı olub.Abdullayeva, S. "Rast.Niyazi" sənədli filmi təqdim edilib: [Beynəlxalq Muğam Mərkəzində rejissor Nonna Müzəffərovanın qruluşunda hazırlanan eyniadlı filmin təqdimatı haqqında] //525-ci qəzet.- 2014.- 20 dekabr.-S.17.

Məzmun Film Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşdur.Hüseynov, F. Niyaziyə həsr olunmuş sənədli filmin təqdimatı: [Beynəlxalq Muğam Mərkəzində rejissor Nonna Müzəffərovanın "Rast. Niyazi" sənədli filminin təqdimatı haqqında] //Mədəniyyət.- 2014.- 19 dekabr.- S.3.

Film haqqında Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Filmdə Niyazinin "Rast" simfonik muğamından istifadə edilib.

Film üzərində işləyənlər Ssenari müəllifi: İntiqam Qasımzadə Rejissor: Nonna Müzəffərova Operator: Yuri Varnovski İçraçı prodüser: Əlibala Rəhimov Bədii rəhbər: Eldar Quliyev Elşən Bağırov Roman Məmmədov Tahir Əliyev Elşən Əliyev Cabir Hacıyev Eldəniz Rəsulov

Filmdə iştirak edənlər Arif Məlikov (bəstəkar, SSRİ Xalq artisti) Fərhad Bədəlbəyli (pianoçu, SSRİ Xalq artisti) Tamara Sinyavskaya (opera müğənnisi, SSRİ Xalq artisti) Aida Tağızadə (musiqişünas, əməkdar incəsənət xadimi) Yalçın Adıgözəlov (bəstəkar, Azərbaycan Xalq artisti) Anar (yazıçı, Azərbaycan Xalq yazıçısı) Rza Bayramov (Niyazinin ev-muzeyinin direktoru) Gülsin Onay (türk pianoçusu) İdil Biret (türk pianoçusu)

Arxiv kadrlarda iştirak edənlər Heydər Əliyev (titrlərdə yoxdur) Niyazi (titrlərdə yoxdur)

Xüsusi minnətdarlıq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Dövlət Film Fondu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazinin mənzil-muzeyi

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı