Vandallar — Şərqi German tayfalarından biri. Xalqların böyük köçü sayəsində Roma imperiyası ərazisinə daxil olmuş, 455-ci ildə Romanı qarət etmişdilər. Vandalizm termini onların Romadakı hərəkətlərindən qalmışdır. 429-cu ildə kral Genserik başçılığında Şimali Afrikaya daxil olmuş, 439-cu ildə Vandal krallığını qurmuşdular. Krallıq 100 il sonra I Yustinian tərəfindən işğal edilmişdir. Bu hadisədən sonra Vandallar Bizans imperiyasındakı digər xalqlarla assimilyasiya olaraq tarix səhnəsindən silindilər.

Yəhudi Məbədinin Xəzinələri

Eramızın 70-ci ilində Roma İmperiyası Yerusəlimi dağıtdı və Yəhudi Məbədinin xəzinələrini müharibə qəniməti kimi götürdü. Vandal qəbiləsi eramızın 445-ci ilində yəhudi xəzinələrini romalılardan oğurladı. Məbəd xəzinələri Karfagen şəhərinə, oradan isə 534-cü ildə Konstantinopola aparıldı. Eramızın 6 əsrinin ortalarında xəzinələr yoxa çıxdı. Musa, Davud və Süleyman tərəfindən tikilmiş Müqəddəs Kitab (Tanax) xəzinələri sonuncu dəfə ictimaiyyət qarşısında Konstantinopolda göründü. Beləliklə, xəzinələrin yolu Yerusəlimdən Romaya, Romadan Karfagenə, Karfagendən Konstantinopola, Konstantinopoldan naməlum bir yerədir. Xəzinələrin hələ də İstanbul şəhərində yeraltında gizlədilməsi mümkündür.

Xarici keçidlər

Kateqoriya:Qədim german tayfaları Kateqoriya:Etnik qruplar Kateqoriya:Qədim xalqlar Kateqoriya:Avropa tarixi Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:German xalqları Kateqoriya:Afrika xalqları Kateqoriya:Tarixi Avropa xalqları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri