Cinevra de Bençinin portreti () — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur.

Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdıFrank Zöllner Léonard de Vinci, tout l’œuvre peint et graphique, Taschen, 2003, p218–219.

Şəkil

Təsviri

Demək olar ki, kvadrat formatlıManuscrit conservé à la Bibliothèque Laurentienne de Florence, publié par André Chastel, dans Léonard de Vinci, Traité de la peinture, Berger-Levrault, 1987, p.34–38. şəkil sinəsində tünd-göy qaytanlama olan və terrakota rəngində əlbisə geyinən gənc qızı təsvir edir. Gənc qızın çiyninə tünd-qəhvəyi şərf atılmışdır. O vaxtın portretçilərinin adətinin əksinə olaraq, qızın geyimi hər-hansı bir bəzək əşyalarından məhrum edilmişdir; yalnız kiçik bir mirvari, aşağı kəsikli donun altından görünən şəffaf köynəyin yaxa kənarlarını birləşdirir. Florensiyalı gənc qızın saç düzümü həm dövrün dəbinə çox uyğun idi; alını nahiyəsini çərçivəyə salan dez saç ayrımı və buruq tellər, onun arxaya hamar şəkildə daranmış digər saçları ilə kəskin ziddiyyət təşkil edir. Boyun ardındakı saçlar ağ baş geyimi və ya lentlə bərkidilmişdir.

Model döşdən yuxarı hissədə dörddə bir ox istiqamətində dağlıq peyzaj fonunda təsvir edilib. Portretin təxminən modelin əlləri təsvir edilməsi güman edilən aşağı hissəsi (təxminən 1/3 hissəsi və ya 9 sm) əsərin formatı dəfələrlə dəyişdirildiyinə görə itirilmişdir. Müxtəlif sənətşünasların göstərişlərinə görə, portretin kompozisiyası Leonardonun çalışdırıcısı və müəllimi Verokkio tərəfindən təxminən həminki illərdə yaradılmış və sonralar "Xanım buket ilə (Flora)" adlı məşhurlaşmış heykəl ilə çox oxşardır.

Qızın geniş əzələli və dar göz kəsimli bəyaz üzü, ortada ardıc, kənarda isə işığın əks olunduğu gölməçə ilə qaranlıq peyzaj fonunda diqqət cəlb edir. Model kiçik çiyinlər üzərində yerləşmiş böyük başa və dairəvi üz quruluşuna malikdir. Onun yumşaq saçları isə başını əhatə edən ardıc ağacının sərt budaqları ilə kontrast təşkil edir. Fiqurun konturları sfumato effektinin köməyi ilə yumşaldılmışdır, portretin özündə isə kyaroskuro üsulunun tətbiqi nəticəsində işıq və kölgə sahələrinin kəskin ziddiyyət təşkil olunmuşdurChristiane Kruse, Felix Thürlemann: Porträt — Landschaft — Interieur. In: Literatur und Anthropologie, Band 4, Gunter Narr Verlag, Tübingen 1999, S. 228 f, ISBN 978-3-8233-5703-2. İntibah dövrünün portret ənənələrini bilərəkdən pozan Leonardo, gənc qızı sağ tərəfə çevrilmiş şəkildə təsvir edir, işıq mənbəyini isə müvafiq olaraq həmin hissəyə yerləşdirir. Artıq adət edilmiş kompozisiyanın bu cür güzgü döndərilməsi rəsm əsərinə bir qədər təbiilik və sərbəstlik hissini bəxş edir. İşıq və kölgənin incə oyunu rəsm əsərində təsvir olunmuş gənc qızın üzündə həyat təəssüratını yaradır. Şəklin qamması bir az boğuq və soyuqtəhərdir və bu cür rəssamlıq tərzi rəssamın yaradıcılığı üçün səciyyəvi idi; rəng tonlarının genişliyi kifayət qədər məhdudlaşdırılıb və qızılı, qəhvəyitəhər, tünd yaşıl, zeytun və göyümtül tonlardan ibarətdir 220px|thumbnail|right|Portretin arxasının görünüşü Qalın kətanın arxasında emblem təsvir edilmişdir; inisial və ya başqa simvollar o dövrün portret janrında çox nadir hallarda tətbiq olunurdu. Ardıc ağacının vertikal budağı dəfnə ağacının (poetik məşğuliyyətin simvolu) və palma budaqlarının (əxlaqın və xristian rəhminin simvolu) birgə yaratdığı özünəməxsus çələnglə haşiyələnir. Budaqlar latın kəlamları () ilə bəzədilmiş xüsusi cartiglio lentləri ilə sarınmışdır: "Virtutem forma decorat" ("Gözəllik — comərdliyin bəzəyidir; o öz comərdliyini gözəlliklə bəzəyir")Besonders zur Rückseitenbemalung Christiane J. Hessler: Zum Paragone. Malerei, Skulptur und Dichtung in der Rangstreitliteratur des Quattrocento. De Gruyter Verlag, Berlin, 2014, S. 477–625, ISBN 978-3-05-006100-9.. Dəfnə ağacı və palma budağı kəlamda göstərilən latın hekzametrinin ilk sözlərini davam edərək, ifadəli şəkildə səxavətin və comərdliyin triumf ideyasını özündə simvollaşdırırlar. Rəsm əsərinin tərs üzü porfirdən hazırlanmış lövhəni vizual olaraq təqlid edir (porfir daşı özünün əbədiliyi, bərkliyi və nadirliyinə görə çox qiymətləndirilirdi, Orta əsrlərdə o, nadir və dəyişməz mükəmməlliyin simvolu idi). 1990-cı ildə şəklin əsaslı tədqiqatı və təmizlənməsi nəticəsində, tərs üzdə yerləşdirilmiş çələng və lentin sonradan əlavə edildiyi məlum olmuşdur (hərçənd bu fərziyyə qəti şəkildə sübut edilməmişdir).

Üz tərəfindən fərqli olaraq, burada şəklin alt üçdə birinin itkisi elə də aşkarcasına gözə çarpmır, kətanın tərs üzündə isə, zəfər çələnginin şəklinin aşağıdan kobud formada kəsildiyini görmək olar; parlaq boya qatının itkisi həmçinin ardıcın şaquli budağının altında da görünürAndreas Beyer: Das Porträt in der Malerei. Hirmer Verlag, München 2002, S. 72, ISBN 978-3-7774-9490-6. Tərs üzün sağ yuxarı küncündə XVIII əsrdə şəkilə onun növbəti sahibləri tərəfindən qoyulmuş qırmızı surğuc möhür mühafizə olunmuşdur.

Üz tərəfinin diqqətli tədqiqatı zamanı rəssamın barmaqlarının izlərini görmək olar, bu onu göstəririr ki, rənglərin tuşlaması barmaqlarla həyata keçirilirdi. Niderland ərazisindən İtaliyaya gətirilmiş yağla çəkmək tərzi çox keçmədən italyan rəssamları tərəfindən mənimsənilmişdir, Cinevra de Bençinin portreti isə yeni rəsm üslubunun ən erkən sınaqlarından birisi olmuşdur.

İlkin format:versiyalar 300px|thumbnail|left|Əsərin mümkün ilkin görünüşünün bərpası və Da Vinçinin digər məşhur qadın portreti "Mona Liza" ilə müqayisəsi. Tədqiqatçıların (məsələn V. N. Qraşşenkov) fikrincə portretdə əllərin təsvir olunmaması Da Vinçinin "Rəssamlıq haqqında traktat" əsərində qeyd etdiyi fikirlərə ziddir. Bu əsərdə rəssam, portretləri təsvir edərkən əlləri də göstərməyi məsləhət bilərək qeyd edir ki, onlar da ən azı insan üzü qədər onun xarakterini göstərir və yaxşı olar ki, əllər biri digərinin üstünə qoyulmuş vəziyyətdə göstərilsin.

Bu fakt Leonardonun fırça bəhrəsinin məhsulu olmuş bu rəsm əsərinin atributsiyasına qarşı yeganə ciddi etiraz idi. Lakin göründüyü kimi şəklin tam yarısı kəsilmişdir və bu dərhal təxmini hipotezi təkzib edir (yəqin ona görə ki, onun aşağısına od, rütubət və ya başqa səbəb üzündən zərər dəymişdir). Şəklin əks tərəfi bunu əyani şəkildə nümayiş etdirir: buradakı budaqlar başlanğıcda çələng yaradırdılar, indi isə aşağı hissənin itirildiyi açıq-aydın görünür və əgər xəyalən emblemin tam dairəsi üçün çatışmayan hissəsini əlavə etsək, əllərin təsviri üçün kifayət qədər geniş sahənin əmələ gəldiyini görə bilərik. 220px|thumbnail|right|Lorenzo di Kredi — "Qadın portreti" (Cinevra di Covanni di Nikkolo?), təxm. 1490–1500, Metropoliten muzeyi Bundan başqa, həmin dövrə aid edilən Leonardonun gümüş karandaşla çəkilmiş şəkili mühaizə olunmuşdur (həmin eskiz günümüzdə (Vindzor sarayının kolleksiyasında saxlanılır); şəkildə qadın əlləri təsvir olunmuşdur və onlar öz nisbət və strukturuna görə portretə son dərəcə uyğun gəlirlər. Şəkil, görünür ki, portret üçün hazırlanmış etüd idi. Eskiz güman etməyə icazə verir ki, model əllərində gül və ya bəzək saxlaya bilərdiBarbara Hüttel, Richard Hüttel, Jeanette Kohl (Hrsg.): Re-Visionen — zur Aktualität von Kunstgeschichte. Akademie Verlag, Berlin 2002, S. 63 f, ISBN 978-3-05-003597-0. Qraşşenkov da bu eskizin tam əsasla rəsm əsəri üçün etüd hesab edilməsi nəzəriyyəsi ilə razılaşır.

O yazırdı ki, "Ən ifadəli motivin axtarışları buradakı bir kompozisiyada birləşdirilmişdir" (bu üsullar tez-tez rəssamın işçi eskizlərində tətbiq olunurdu). Eyni zamanda Leonardo naturadan iki müxtəlif jesti öyrənirdi: yuxarıya qaldırılmış və iki barmağı ilə sinədəki hansısa bəzəyə toxunan əl (…) və bir birinin üzərinə sakitcəsinə qoyulmuş əllər. Hər iki motiv təbii şəkildə bədənin döngəsini davam edir və onu tamamlayır, amma onlardan hər biri portret kompozisiyasının olduqca müxtəlif anlaması ilə bağlıdır. Birincisi, yəni daha dinamik olan motiv daha sonralar öz inkişafını Leonardo tərəfindən artıq 80-ci illərdə Milan şəhərində çəkilmiş "Çeçilia Qalleraninin portreti" əsərində əldə etmişdir. İkinci motiv isə üç onillik sonra məşhur Cokonda əsərində öz klassik həllini tapır. 190px|thumbnail|left|Vindzor sarayında saxlanan Da Vinçi tərəfindən çəkilmiş qadın əlləri təsviri Cinevra de bençinin portretinin ilkin qaralama çalışmalarından biri hesab edilir. Bununla belə, Vindzorda saxlanılan eskiz vərəqi onu göstəririr ki, Leonardo da Vinçi özünün erkən portret rəsmlərini yaradarkən, daha çox Verokkio emalatxanasında çalışdığı zaman əldə etdiyi yaradıcılıq təcrübəsinə və bədii qərarlara əsaslanırdı. Beləliklə, bu eskizə əsaslanaraq fərz etmək olar ki, rəssamınm niyyəti özündə iki variantı nəzərdə tuturdu — onlardan birisi mütləq şəkildə Verokkionun heykəltəraşlıq nümunələrinə bənzəməli, ikincisi isə, usta tərəfindən daha sonralar "Mona Liza" əsərində istifadə ediləcək analogiyaya uyğun olmalı idi. Təssüflər olsun ki, bu şəkildə qeyd olunmuş variantlardan hansının istifadə olunduğuna dair birmənalı cavab yoxdur.

Şəklin ilkin görünüşünün bərpası üçün, Verokkio büstündən və Vindzor sarayının eskizindən başqa həmçinin rəssam Lorenso di Kredinin fırça məhsulu olmuş "Qadın portreti" (təxm. 1490–1500, hazırda Metropoliten muzeyində saxlanılır) böyük rolu oynayır (həmin rəssam da bir zamanlar Verokkionun emalatxanasında çalışmışdır və onun rəsm əsəri, Leonardonun müəllif olduğu şəkillərin təsiri altında yaradıldığı açıq aydın görünür). Buradakı qadın da ardıc ağacının fonunda təsvir edilmişdir və bu heyrətamiz oxşarlıq kimisə hətta şəklin arxasında GINEVRA DE AM . . . BENCI yazısını yerləşdirməyə məcbur etmişdir. Bununla belə, hesab edilir ki, əgər təsvir edilmiş qadının adı Cinevrə olubsa, ehtimal ki, o, Bençinin qızı yox, Lorenzo di Kredinin öz vəsiyyətnaməsində xatırladığı zərgərin qızı Cinevra di Covanni di Nikkolodur. Qadının heykəli xatırladan əl jesti intibah dövrü üçün unikal hesab edilir — o əlində nişan üzüyü tutur — ehtimal ki, portret evliliklə əlaqəlidir. Bu portretdə təsvir olunmuş model, Cinevra Bençidən fərqli olaraq sağa baxır. Qraşşenkov rəssam Lorenso di Kredinin açıq-aydın olaraq Leonardonun işlərini yamsıladığını göstərirdi; o, sadəcə olaraq Leonardonun müəllif olduğu kompozisiyanı güzgü şəklində çevirərək, işıq mənbəyinin adət edilmiş formada — yəni soldan sağa düşməyinə müvəffəq oldu. Bu portretdə təsvir olunmuş əllər Verokkio büstündəki jesti xatırlayaraq sinəyə doğru sıxılmışdır.

Analiz 220px|thumbnail|right|Andrea Verokkio — Madonna körpə ilə, təxm. 1470, Gemaldeqaleri, Berlin