thumb|Ali məktəbin Humanitar elmlər fakültəsi Eötvöş Lorand Universiteti (, ) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir

Tarixi thumb|300px|right|ELTE-nin Lacmanyoşi (Lágymányosi) kampusunda Elm və İnformatika fakültələri yerləşir 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır. İlk iki fakültələr bunlar olur: Humanitar elmlər və Teologiya fakültəsi. 1667 - Hüquq fakültəsinin əsası qoyuldu 1769 - Tibb fakültəsinin əsası qoyuldu 1777 - Universitet Budaya köçdü 1784 - Alman dili Latın dilini kölgədə qoyaraq əsas təhsil dilinə çevrilir 1872 - Avropada ilk Müəllim Hazırlıq Məktəbinin əsası qoyuldu. İndiki adı ELTE Trefort Agoston Müəllimlik hazırlıq məktəbi. 1900 - Dünyada ilk Xüsusi Təhsil Müəllim Hazırlıq kursunun əsası qoyuldu. İndiki adı Barçı Qustav adına Xüsusi təhsil fakültəsi. 1905 - ELTE məzunu Fülöp Lenard (Fülöp Lénárd) fizika üzrə Nobel mükafatına layiq görüldü 1937 - ELTE məzunu Albert Sent-Dyordi (Albert Szent-Györgyi) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü 1943 - ELTE məzunu Dyordi Heveşi (György Hevesy) kimya üzrə Nobel mükafatına layiq görüldü 1949 - Təbii elmlər fakültəsi, Humanitar elmlər fakültəsindən ayrıldı 1950 - Universitetə dünyaca məşhur alim fizik Lorand Eötvöşün adı verildi. Teologiya fakültəsi müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı 1951 - Tibb fakültəsi (indiki Şemelveys (Semmelweis) Universiteti) müstəqil ali təhsil instututu kimi fəaliyyətə başladı 1961 - ELTE məzunu Dyordi Bekeşi (György Békésy) psixologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü 1994 - ELTE məzunu Yanoş Harşani (János Harsányi) iqtisadi elmlər üzrə Nobel mükafatına layiq görüldü 2010 - ELTE, "tədqiqat universiteti" adını qazandı 2012 - ELTE, Beynəlxalq əməkdaşlığa görə Keyfiyyət mükafatına layiq görüldü thumb|200px|right|Ali məktəbin 1880-ci ildəki möhürü

Fakültələr Hüquq və Siyasi elmlər fakültəsi Bakalavr Politologiya Əmək və Sosiyal sığorta idarəetməsi Hüquqi idarəetmə Master Kriminologiya Maliyyə hüququ meneceri İnformatika və kommunikasiya hüququ (Kommunikasiya hüququ, Mediaşunaslıq və İnformasiya cəmiyyəti) Politologiya Doktorantura PhD məktəbləri PHD Hüquq məktəbi PHD Siyasi elmlər məktəbi

Barçı Qustav adına Xüsusi təhsil fakültəsi thumb|1935-ci ildə Hüquq fakültəsinin görünüşü - bu fakültə hələ də bu kampusda yerləşir Bakalavr Xüsusi ehtiyyaclar üşün müəllimlik Master Xüsusi ehtiyyaclar üşün müəllimlik

Humanitar elmlər fakültəsi Bakalavr İngilis və amerkinaşünaslıq Almanşünaslıq Şərq dilləri və mədəniyyəti Kommunikasiya və mediaşünaslıq Macarşünaslıq Etnoqrafiya Qədim dillər və mədəniyyət Romanşünaslıq Liberal incəsənət Slavyanşünaslıq Tarix Master

Estetika Amerikaşünaslıq Qədim Yunanıstan Ərəbşünaslıq Arxeologiya Arxivşunaslıq Assirologiya Bolqar dili və ədəbiyyatı Çinşunaslıq Kommunikasiya və mediaşünaslıq Xorvat dili və ədəbiyyatı Holland dili və ədəbiyyatı Misirşünaslıq İngilis dili və ədəbiyyatı Etika Avropa etnologiyası və folkloşünaslıq Filmşünaslıq Fin-uyqurşünaslıq Fransız dili və mədəniyyəti Azlıq Alman dili və ədəbiyyatı Alman dili və ədəbiyyatı İvritşünaslıq Tarixi muzeyologiya Tarix İncəsənət tarixi Macar dili və ədəbiyyatı

Hind-almanşünaslıq Hindologiya İranşünaslıq İtalyan dili və mədəniyyəti Yaponşünaslıq Latın Linqvistika Ədəbi tənqid/Kulturologiya Orta əsr mədəniyyətləri Monqolşünaslıq Fəlsəfə Polyak dili və ədəbiyyatı Portuqal dili və mədəniyyəti Rumın dili və mədəniyyəti Rus dili və ədəbiyyatı Skandinavşünaslıq Dinşünaslıq Serb dili və ədəbiyyatı Slovak dili və ədəbiyyatı Sloven dili və ədəbiyyatı İspan dili və mədəniyyəti Tibetşünaslıq Tərcümə və şifahi tərcümə Tükrşünaslıq Ukrayna dili və ədəbiyyatı

Master Müəllimlik kursları

Bolqar və Etnik bolqar dili və mədəniyyəti müəllimliyi Çin dili və mədəniyyəti Kinomatoqrafiya və Media Kommunikasiya Xorvat və Etnik xorvat dili və mədəniyyəti İngilis dili və mədəniyyəti Estetika Etika Fransız dili və mədəniyyəti Alman və Etnik alman dili və mədəniyyəti Yunan və Etnik yunan dili və ədəbiyyatı Tarix İncəsənət tarixi Əcnəbi dil kimi macar dili Macar dili və ədəbiyyatı

İtalyan dili və mədəniyyəti Yapon dili və mədəniyyəti Dil və danışıq inkişafı Latın dili və mədəniyyəti Macar mədəniyyəti və sivilizasiya Musiqi Fəlsəfə Polyak dili və mədəniyyəti Portuqal dili və mədəniyyəti Rumın dili və mədəniyyəti Rus dili və mədəniyyəti Slovak və Etnik slovak dili və mədəniyyəti Sloven və Etnik sloven dili və mədəniyyəti İspan dili və mədəniyyəti Ukrayna və Etnik ukrayna dili və mədəniyyəti

Doktorantura PhD məktəbləri PhD proqramları üzrə təhsil alan təxminən min tələbə var və dərslər, çox vaxt Macarıstan Elmlər Akademiyasının üzvləri olan yüksək keyfiyyətli akademik, doktor heyəti tərəfindən tədris olunur.

İnformatika fakültəsi Bakalavr Kompüter proqramlaşdırması üzrə informatika Master Kartoqrafiya Geoinformatika Kompüter proqramlaşdırması üzrə informatika Doktorantura PhD məktəbi PhD Kompüterşünaslıq məktəbi PhD Proqramlar məktəbi İnformasiya sistemləri Rəqəmsal və simvolik hesablama İnformatikanın əsasları və metodologiyası

Təhsil və psixologiya fakültəsi Bakalavr Androqogika Pedaqogika Psixologiya Əyləncə, həyat tərzi və fitness Master Andraqogika Mədəniyyətlərarası psixologiya və təhsil Təhsil Təşkilatı kommunikator Pedaqogika Psixologiya Əyləncə və istirahət Müəllimlik Doktorantura PhD məktəbləri PhD Təhsil məktəbi PhD Psixologiya məktəbi

Sosial elmlər fakültəsi Bakalavr proqramları Tədbiqi iqtisadiyyat Beynəlxalq münasibətlər Sosial elmlər Sosial iş Sosiologiya Magistr proqramları Vətəndaş cəmiyyəti inkişafı elmləri İqtisadi analiz Etnik və azlıq elmləri (ingilis dilində) Səhiyyə siyasəti, planlaşdırma və maliyuələşdirmə (ingilis dilində) Humanitar ekologiya Beynəlxalq münasibətlər Sosiyal siyasət Sosiyal iş Sorğu statistikası Sosiologiya Mədəni antropologiya

Doktorantura proqramları Fənlərarası Sosiual tədqiqat Sosiologiya (ingilis dilində) Sosiyal siyasət

Orta təhsil və məktəbdən əvvəl məktəb müəllimliyi fakültəsi Departamentlər Mahnı və musiqi departamenti Əcnəbi dil və ədəbiyyat departamenti Təhsildə informasiya kommunikasiya texnologiyası departamenti Macar dili və ədəbiyyatı departamenti Riyaziyyat departamenti Təhsil departamenti Təbii elmlər departamenti Fiziki hazırlıq departamenti Sosiyal elmlər departamenti Vizual təhsil departamenti

Təbii elmlər fakültəsi Bakalavr Biologiya Kimya Yer kürəsi elmləri Ətraf mühit elmləri Coğrafiya Riyaziyyat Fizika Master

Tədbiqi riyaziyyat Astronomiya Biologiya Biomolekular kimya Kimya Ətraf mühiti biologiyası Ətraf mühiti inkişafı Ətraf mühiti elmləri Etnologiya Coğrafiya Geologiya Geofizika Elmlər tarixi və fəlsəfəsi

İnsan biologiyası İmmunologiya Kimya informatikası Təbii elm informatikası Material elmlər Riyaziyyat Maliyyə və sığorta riyaziyyatı Elm mediaşünaslığı Meteorologiya Mineral araşdırmalat Fizika Regional və şəhər inkişafı

Doktorantura PhD məktəbləri thumb|right||Kitabxananın çöldən görünüşü PhD Biologiya məktəbi PhD Kimya məktəbi PhD Yer kürəsi məktəbi PhD Ətraf mühiti elmləri məktəbi PhD Riyaziyyat məktəbi PhD Fizika məktəbi

Kitabxanası thumbnail|300px|right|Ali məktəbin kitabxanası Təhsil və tədqiqat, universitetin kitabxana şəbəkəsi tərəfindən dəstəklənir. Kitabxanının əsası 1561-ci ildə iezuit əmri ilə qoyuldu. Bu, ölkənin ən qədim kitabxanasıdır və 1876-cı ildə bütün vətəndaşlar üçün açıq oldu Kitabxanada bu kolleksiya yer alıb: 185 kodekslər, 1150 inkunabula və 1711-ci ildən əvvəl nəşr edilən 2600 köhnə macar kitabı, XVI-cı əsrə aid 7000 cildlər, VIII-ci əsrə aid olan ən qədim manuskript Beda fraqmenti - Macarıstan mədəniyyət irsinin hissəsi. Hazırda Universitet Kitabxanasında iki milyona yaxın əlyazmalar, 200 mindən çox jurnallar, 600 onlayn həftəlik qəzetlər var. Kitabxananın databazası 230 min yazılı qeydlərdən, 175 min biblioqrafik qeydlərdən, 225 min dövlət qeydlərindən ibarətdir. Ənənəvi kitabxana xidmətindən əlavə, kitabxana, e-tekstlər arxivi, print olunmuş sənədlərin onlayn kopyaları, elektronik materiallar və CD-ROM materiallarını təmin edir. Kitabxana, "Macarıstan Onlayn Kitabxanaçı" təşkilatının üzvüdür.

Reytinqi 2013-2014 illərində QS World University Rankings-ə görə ELTE 551-600-cü yerlər arasında qərarlaşmışdı. Academic Ranking of World Universities, ELTE-ni ən yaxşı 301-400 universitet arasında görür 4International Colleges and Universities-ə görə, ELTE dünyada 158-ci yerdədir. Centre for World université rankings (CWUR) görə, ELTE Macarıstanda 1-ci, dünyada isə 458-ci yerdədir.

Tələbə həyatı Universitetin Atletik Klubu Universitetin Atletik Klubunun (BEAC) 1898-ci ildə əsası qoyulub və ilk macar idman klublarından biridir. Dünyaca məşhur alim və dövlət adamı Lorand Eötvöş klubun ilk prezidenti seçilib. BEAC-ın əsas məqsədi, ELTE tələbələrinə və Budapeştin gənclərinə keyfiyyətli, peşəkar idman imkanlarını yaratmaq. BEAC-ın yarandığı gündən, Klubun beş Olimpiya və 400 Macarıstan çempionluq titulları var. BEAC-da bu idman bölmələri var: atletika, badminton, basketbol, şahmat, futbol, həndbol, dağa qalxma, karate, idman orientasiyası,stolüstü tennis, su polosu.

Eötvöş İncəsənət Ansamblı İncəsənət Ansamblı üç qrupdan ibarətdir : Bela Bartok adına Universitet xoru Universitet orkestri Universitet Xalq rəqsi ansamblı Ansambblın rəhbəri, Dr. Qabor Baroşdur. O, Ferenç List mükafatı qalibidir, əməkdar artıst adını daşıyır, xor və orkestrin də rəhbəridir. Xorun əsası 1948-ci ildə, orkestrin isə 1957-ci ildə qoyulub. Məqsəd, tələbələri musiqi aləminə cəlb etmək, konsertlər, görüşlər, festivallar, iş yarmarkaları təşkil etməklə beynəlxalq əlqaələr yaratmaq, maliyyə cəhətdən bu tədbirləri dəstəkləmək, milli mədəniyyət və ənənəni Macarıstanda təbliğ etmək ELTE Avropa Təhsil Mərkəzi (EEC) ELTE Avropa Təhsil Mərkəzinin (EEC) məqsədi, artıq fəaliyyət göstərən çox tərəfli Avropa Birliyi Treyninq və tədqiqat fəaliyyətini maliyyə və infrastruktur cəhətdən gücləndirmək.

Məşhur məzunları Nobel mükafatı laureatları thumb|250px|right|Nobel mükafatı qalibi Albert Sent-Cörci Qeorq fon Bekeşi (Georg von Békésy) - biofizik, psixologiya və tibb üzrə Nobel mükafatçısı (1961) Albert Sent-Dyord (Albert Szent-Györgyi) - psixologiya və tibb üzrə Nobel mükafatçısı (1937), vitamin C-nin ixtiraçısı Con Harşani (John Harsanyi) - iqtisadiyyat üzrə Nobel mükafatçısı (1994)

Digər məşhur məzunlar Albert-Laslo Barabaşı (Albert-László Barabási) - fizik, miqyassız şəbəkələr konseptinin müəllifi, C&C mükafatı laureatı (2008) Tamaş Frönd (Tamás Freund) - neyroalim, ilk Danimarka Brain 2011 mükafatının üç macar qalibindən biri Karl Keren (Karl Kerényi) - yunan mifologiyasının müasir araşdırma və tədqiqatlarının əsasını qoyanlardan biri Rado fon Köveşliqeti (Radó von Kövesligethy) - astro və geofizik (astro-and geo-) physicist, Köveşliqeti spektral tənlikin banisi (1885) Ferenç Kraus (Ferenc Krausz) - fizik, attofizikanın banisi, Maks Plank Qvantum Optik İnstitutunun direktoru (2003) Mikloş Kaçkoviç (Miklós Laczkovich) - riyaziyyatçı Korneliyus Lançoş (Cornelius Lanczos) - riyaziyyatçı