Şahzadə Süleyman () — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu.Sicill-i Osmani I, səh. 55Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar. "Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar". Erişim tarihi: MART 9, 2013 AT 4:41 PM.
Həyatı Şahzadə Süleyman 1615-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Bəyazid, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü.
Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Süleyman, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Süleyman qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Bəyazidlə birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu. Sədarət naibi Bayram Paşa və bostancıbaşı tərəfindən həyata keçirilən bu edam şəhərdə davam edən şənliklər əsnasında baş tutdu. Saraydan gizlicə çıxarılan cənazələri ataları Sultan Əhmədin türbəsinə dəfn olundu.Tahta çıkamayan Osmanlı şehzadelerinin akıbeti. "Tahta çıkamayan Osmanlı şehzadelerinin akıbeti"
İstinadlar
Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:Osmanlı imperiyasında edam olunanlar Kateqoriya:Taxta çıxanmayan varislər