thumb|250px|Pakistanda şinalıların yayılma ərazisi. Bölgə yaşıl rənglə göstərilib.
Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcə də Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir.
Tarixi İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi.
Məşğuliyyəti Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir.
Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir. Şinalıların digər məşğuliyyətlərindən biri - karvanlara xidmətdir. Məhz Qilqit vadisi əsas ticarət yollarının kəsişməsində yerləşir.
Sosial mühit və din Bölgədə kənd icması münasibətləri hələ də qalmaqdadır. Əsas dini inancları: islam (sünnilər, ismaililər, şiələr), buddizm, animizm, hinduizm İstinadlar
Ədəbiyyat Кочнев В.И. Шина // Народы и религии мира / Глав. ред. В.А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. С. 643. Народы Южной Азии / Под ред. М. Г. Левина . Издательство Академии наук СССР - М.: 1963. - С. 343. Пакистан: справочник / Глав. ред. М.И. Штемпель. - 3-е изд., испр. и доп. - М. : Наука, 1991. С. 29. Этносы и конфессии на Востоке: конфликты и взаимодействие / Отв. ред. А.Д. Воскресенский. М.: МГИМО (У). М. 2005. С. 434. Backstrom, Peter C. and Carla F. Radloff. 1992. Languages of northern areas. P. 412.
Xarici keçidlər Ethnologue: Languages of the World 1992 Sociolinguistic Survey of Shina Официальный сайт Пакистана
Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Hindistanda yaşayan etnik qruplar