Rəzavi Xorasan ostanı ( – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan Ostanının Şəhristanları: Bərdəskən şəhristanı Bəcistan şəhristanı Taybad şəhristanı Torbət cam şəhristanı Torbət Heydəriyə şəhristanı Çenaran şəhristanı Xəlil Abad şəhristanı Xaf şəhristanı Dərgəz şəhristanı Roştxar şəhristanı Səbzvar şəhristanı Sərəxs şəhristanı Fəriman şəhristanı Quçan şəhristanı Kaşmər şəhristanı Kəlat şəhristanı Günabad şəhristanı Məşəd şəhristanı Məhvilat şəhristanı Nişabur şəhristanıthumb|300px|İranda Türkmən tayfalarının yayılma arealı
İstinadlar