Kristina Xoynovskaya-Liskeviç (; ) — Polşa yaxtaçısı və mühəndis-gəmi inşaatçısı. Kristina Dünya üzrə səyahətini yelkənli yaxtasında etmiş birinci və yeganə qadındır.List Of Solo Circumnavigators , from the Joshua Slocum Society InternationalSolo Oceans Sailing & Racing from solocircumnavigation.comJoyon’s strength and skill shatters two solo records , from Telegraph Sport

Bioqrafiyası Kristina Xoynovskaya 1936-cı ildə Varşavada anadan olmuşdur. Müharibədən sonra ailəsi ilə birlikdə Kristina şimali Polşadakı Ostrudaya köçürülmüşdür. 1953-cü ildən Qdanskda yaşayır. Kristina Qdansk Politexnik İnstitutunda təhsil almışdır. Sonralar Qdanskda yerləşən tərsanədə gəmi konstruktoru işləmişdir. Orada o, öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur.Яхтова верф ім. Д. Конрада Кореньовського gedanopedia.pl

16 yaşı olarkən Kristina yelkənli qayıq idmanıyla məşğul olmağa başlamışdır. 1960-cı ildə o şturman, 1966-cı ildə — kapitan, yelkənli yaxtaların idarə edilməsi lisenziyanı alıb. Kapitan olarkən Kristina 21 okean və dəniz səyahəti etdi. Ekipajında üç nəfər qadın da yer alırdı. Bir neçə səyahətə əri ilə birlikdə getmişdir. Onun əri də yelkənli qayıq idmanıyla maraqlanırdı.

Kristina yelkənli yaxtası ilə yer kürəsi ətrafında səyahət etmiş ilk qadın kimi tarixə düşmüşdür. Mazurek yaxtasında səyahət edən xanım səyahətinə 28 mart 1976-cı ildə Las-Palmas-de-Qran-Kanariya şəhərindən başladı. Brictaun (Barbados) vasitəsilə Kristina Balboa, Taioxae, Taiti və Sidneyə qədər gəlib çata bildi. Burada isə yaxta təmir olundu.З історії польського яхтингу: Христина Хойновська-Ліскевич tawernaskipperow.pl 07.03.2011 Darvin limanı vasitəsilə səyahətinə davam etdikdən sonra o ciddi xəstələndi və Kernsdən təyyarə ilə Portlend-Roudsa çatdırıldı. Bununla belə, Kristina səyahətinə davam etdi. 2 dekabr 1977-ci ildə Mozambik boğazına çatmağa nail oldu. Nəticədə Kristina 31 166 dəniz mili qət etdi və 401 gün sonra 21 aprel 1978-ci ildə Las-Palmasda səyahətini başa vurmağa nail oldu. Kristina bu nəticə ilə Ginnesin Rekordlar Kitabına adını yazdırmışdır.

İstinadlar

Ədəbiyyat Polnische Entdecker, Herausgeber: Polnisches Ministerium für Auswärtige Angelegenheiten, ISBN 83-89175-51-7, Seite 55 ff. Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Dünya ətrafında dövr edənlər