() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadirdir.
Kateqoriyası Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.
Qısa təsviri Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Xəzər dənizi sahillərində və Kür-Araz ovalığında təsadüf olunur.
Yaşayış yeri və həyat tərzi Su hövzələrinin və çayların bitkilərlə sıx örtülmüş bataqlıq sahilləri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda miqrantdır. Yaz köçü aprel–may aylarında, payız köçü isə oktyabr–noyabr aylarında müşahidə olunur. Həşəratlar, onların sürfələri, molyusklar, bitki toxumları yeyir.
Məhdudlaşdırıcı amillər Yaşayış yerlərində iribuynuzlu mal-qaranın kütləvi otarılması, su-bataqlıq biotoplarının qurudulması çivdimdiyi sıxışdırır.
Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və Dövlət Təbiət Yasaqlıqlarında nəzarət altında saxlanılır. Naxçıvan MR-in Qırmızı kitabına (2006), Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Kür deltasına və ona həmsərhəd bataqlıq sahələrinə yasaqlıq statusunun verilməsi məsləhətdir. Növü əhaliyə tanıtmaq vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Rusiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Afrika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar