() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları çəhrayıya, çox vaxt bənövşəyiyə çalır. Qanadın ortasında bir, çox vaxt paza oxşar iki sarı rəngdə ləkə vardır. Arxa qanadları boz rəngdədir. Hər iki qanadın kənarları çəhrayı rəngdədir. Baş, döş, eləcə də beli yumşaq açıq sarı-çəhrayı tüklərlə örtülmüşdür.
Yayılması və sayı Avropa, Kiçik Asiya, Rusiya, Qafqaz, İran, Türkiyədə yayılmışdır. Azərbaycanda isə məhdud areala malikdir. Naxçıvan Muxtar Respublikasında və Kür-Araz düzənliyində yayılmışdır. Azsaylıdır.
Yaşayış yeri və həyat tərzi Düzənlik və dağ səhra kserofit stasiyalarda yaşayır. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi mayın axırlarından iyulun ortalarına qədər uçur. Pup mərhələsində qışlayır. Tırtılları iyul ayında quru bitkilər və quru bitki toxumları ilə qidalanırlar. Tırtılları yovşan və astroqal üzərindədə yaşayır. Torpağın dərin qatlarında puplaşır. İldə bir nəsil verir.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması məhdudlaşdırıcı amillərdəndir.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Həmçinin bax