() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarının dişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşaqlarında, meşə-kolluq, quru yamaclarda rast gəlinir. Efiryağlı bitkidir.
Yayılması Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Küküdağ, Dərəboğaz və Batabat əraziləri; Culfa rayonu — Aracıq dağ; Ordubad rayonu — Nürgüt, Nəsirvaz kəndləri ətrafı).
Sayı və tendensiyası Antropogen təsirlər nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Ədviyyat kimi əhali tərəfindən həddindən artıq toplanılması.
Mühafizə tədbirləri Populyasiyaları nisbətən təhdit altında olduğundan qorunması vacibdir.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası