thumb|right|280px|Nürnberq prosesi zamanı müttəhimlər kürsüsündə əyləşmiş təqsirləndirilən şəxslər, noyabr 1945-ci il. Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib.

Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər. Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır.

İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. 1945-ci il 29 avqust tarixində əsas hərbi cinayətkarların siyahısı dərc edildi. Bu siyahıda 24 nəfərin adı var idi. Hərbi cinayətkarlara qarşı dörd müxtəlif istiqamətdə ittiham irəli sürüldü: Nasist partiyasının planları, bütün dünyaya qarşı təcavüzkarlıq; Sülhə qarşı cinayət; Hərbi cinayətkarlıq; İnsaniyyətə qarşı cinayət. 1945-ci ilin 18 oktyabr tarixində ittiham materialları artıq hazır idi. Məhkəmə prosesinə bir ay qalmış hər bir müttəhim bu materiallarla tanış oldu. Materialla tanış olduqdan sonra, 25 oktyabr 1945-ci ildə nasist partiyasının funksioneri Robert Ley özünə qəsd etdi. Nasist hərəkatına xeyli maddi yardım göstərmiş Qustav Krupp isə səhhətindəki problemlərə görə məhkəmə prosesi başlamamış azad edildi. Digər müttəhimlər isə hakim qarşısına çıxdı. London sazişinə əsasən, beynəlxalq hərbi tribunal dörd dövlətin, yəni ABŞ, SSRİ, Böyük Britaniya və Fransanın nümayəndələrindən təşkil edilmişdi. Məhkəmənin sədri britaniyalı hüquqşünas Ceffri Lourens idi.

Tribunal 217 günə başa çatdı. 403 dinləmə keçirildi. Bu dinləmələr ümumi olaraq 24 min saat demək idi. İclas stenoqramları yazılmış sənədlərin hündürlüyü 10 metr idi. 3 milyon sənəd və uzunluğu 2400 metr olan kinolent arxivə göndərildi. Sübut olaraq çoxsaylı şahid ifadələri, əsir düşərgələrinin sakinləri, foto və kino sənədlərdən istifadə edildi. Eyni zamanda, ittiham olunanlar tərəfindən imzalanmış və yazılmış əmrlər, raportlar da sübut kimi istifadə edilib.

1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də hökm oxundu. Herman Görinq, İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Martin Borman, Frits Zaukel, Alfred Yodl, və Artur Zeys-İnkvart asılmaqla ölüm cəzasına məhkum edildilər. Hans Friçe, Frans von Papen və Yalmar Şaxt bəraət qazandılar. Digər müttəhimlər barədə isə müxtəlif həbs cəzaları hökmü oxundu.

Cədvəldəki rənglərin və şərti işarələrin izahı

Sağ qalan şəxslər cədvəldə ağ rənglə ayrılmışdır. T — müttəhim elan edilmiş ittihamın bu bəndinə əsasən təqsirli bilinib. TZ — müttəhim elan edilmiş ittihamın bu bəndinə əsasən təqsirsiz bilinib. İİS — müttəhimə bu bəndə əsasən ittiham irəli sürülməyib.

Nürnberq prosesində təqsirləndirilən və məhkum edilmiş şəxslərin siyahısı

Tam adıŞəkliRütbəsi və vəzifəsiİttiham olunduğu bəndlərMəhkəmənin hökmü və sonrakı taleyiİstinad1234Martin Borman()100px (17 iyun 1900 – 2 may 1945)NSAFP dəftərxanasının rəisi; Reyxslyayter; Portfelsiz reyxsministr. Fürerin şəxsi katibi.TZİİSTTQiyabi şəkildə məhkəməyə cəlb edilib, asılmaqla ölüm cəzasına məhkum edilib. Uzun müddət hesab edilirdi ki, Borman sağdır və ədalət məhkəməsindən gizlənir. 1973-cü ildə rəsmən ölmüş hesab edilib.Herman Vilhelm Görinq()100px (12 yanvar 1893 – 15 oktyabr 1946)Üçüncü Reyxin Reyxsmarşalı və Hərbi Hava Qüvvələrinin baş komandanı. Reyxstaqın sədri; Aviasiya reyxsministrı. 23 aprel 1945-ci ildə, fürerin əmri ilə tutduğu bütün vəzifələrdən azad edilib və ev həbsinə alınıb.TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Edama bir neçə saat qalmış zəhər qəbul edərək intihar edib.Rudolf Hess()100px (26 aprel 1894 – 17 avqust 1987)SS və SA-nın oberqruppenfüreri. Reyxslyayter; Portfelsiz reyxsministr. Fürerin NSAFP üzrə müavini.TTTZTZProsesdə əsas hərbi cinayətkarlardan biri adlandırılıb, bununla belə, onun müharibənin əvvəlində əsir düşdüyü nəzərə alındığından, o, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirsiz bilinib. Ömürlük həbs cəzasına məhkum edilib. Cəzasını Berlindəki Şpandau həbsxanasında çəkib. 1987-ci ildə müəmmalı şəraitdə ölmüş vəziyyətdə tapılıb.Karl Dönits()100px (16 sentyabr 1891 – 24 dekabr 1980)Qross-admiral. Üçüncü Reyxin Hərbi Dəniz Qüvvələrinin baş komandanı (1943–1945). Reyxsprezident və Üçüncü Reyxin Silahlı Qüvvələrinin baş komandanı (1945-ci il aprelin 30-dan mayın 23-dək).TZTTİİSHərbi cinayətlərə görə (xüsusilə, sualtı qayıqlardan qeyri-məhdud istifadə ilə müharibə aparılması) 10 il müddətinə həbs cəzası alıb. 1956-cı ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb. 24 dekabr 1980-ci il tarixində vəfat edib.Ernst Fridrix Kristof "Frits" Zaukel()100px (27 oktyabr 1894 – 16 oktyabr 1946)SS və SA-nın oberqruppenfüreri. Türingiyanın reyxsştatqalteri və qaulyalteri. İşçi qüvvəsinin istifadəsi üzrə baş müvəkkil və dördillik planın idarəsində işçi qüvvəsi üzrə komissar.TZTZTTİlk növbədə Ostarbayterlər və hərbi əsirlərlə amansız rəftara görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.Artur Zeys-İnkvart()100px (22 iyul 1892 – 16 oktyabr 1946)SS-in oberqruppenfüreri. General-qubernatorun müavini (1939–1940); Niderlandın reyxskomissarı (1940–1944).TZTTTİlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, sülhə qarşı cinayət, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Öz günahını boynuna almış azsaylı müttəhimlərdən biri olub. Asılıb.Alfred Yodl()100px (10 may 1890 – 16 oktyabr 1946)General-polkovnik. Üçüncü Reyxin Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının operativ idarəsinin rəisi.TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Asılıb. 1953-cü ildə A. Yodlun həyat yoldaşı Münhen məhkəməsi vasitəsilə onun tam bəraət qazanmasına nail ola bilib, lakin qərar ictimaiyyətin təzyiqi altında elə həmin ildəcə ləğv olunub.Ernst Kaltenbrunner()100px (4 oktyabr 1903 – 16 oktyabr 1946)SS-in oberqruppenfüreri. Polis və SS qoşunlarının generalı. Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi.TZİİSTTİlk növbədə işğal olunmuş ərazilərin əhalisi və hərbi əsirlərlə amansız rəftara, həmçinin yəhudilərin təqib olunmasının təşkilinə görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.Vilhelm Bodevin Yohann Qustav Keytel()100px (22 sentyabr 1882 – 16 oktyabr 1946)General-feldmarşal. Üçüncü Reyxin Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının qərargah rəisi.TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib, asılmaqla ölüm cəzasına məhkum edilib. Asılma yolu ilə ölüm hökmünün güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. Asılıb.Qustav Georq Fridrix Mariya Krupp von Bolen und Halbax()100px (7 avqust 1870 – 16 yanvar 1950)Hərbi iqtisadiyyatın füreri. "AG Krupp" konsernin sahibi və rəhbəri.————Hər dörd bənd üzrə ittiham olunurdu, lakin onu müayinə etmiş beynəlxalq tibbi komissiya müəyyən edib ki, o, səhhətindəki problemlərə görə məhkəmə qarşısında dayana bilməz.Robert Ley()100px (15 fevral 1890 – 25 oktyabr 1945)SA-nın oberqruppenfüreri. Reyxslyayter, NSAFP-ın təşkilat şöbəsinin müdiri. Alman əmək cəbhəsinin rəhbəri.————Hər dörd bənd üzrə ittiham olunurdu. Prosesinin başlanmasına az qalmış həbsxanada intihar edib.Konstantin fon Neyrat()100px (2 fevral 1873 – 14 avqust 1956)SS-in qruppenfüreri. Xarici işlər naziri (1932–1938). Bohemya və Moraviyanın reyxsprotektoru. (1939–1941).TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib. 15 illik həbs cəzasına məhkum edilib. 1954-cü ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 14 avqust 1956-cı il tarixində vəfat edib.Frans Yozef German Mixael Mariya von Papen()100px (29 oktyabr 1879 – 2 may 1969)Reyxskansler (1932); Vitse-kansler (1933–1934). Almaniyanın Avstriya və (1934–1938) Türkiyədəki (1939–1944) səfiri.TZTZİİSİİSİlk iki bənd üzrə ittiham olunurdu. Məhkəmə araşdırmaları nəticəsində günahsız elan olunaraq sərbəst buraxılıb. 1947-ci ildə denasifikasiya nəticəsində səkkiz ay müddətinə həbs cəzası alıb. 2 may 1969-cu il tarixində vəfat edib.Erix Yohann Albert Reder()100px (24 aprel 1876 – 6 noyabr 1960)Qross-admiral. Üçüncü Reyxin Hərbi Dəniz Qüvvələrinin baş komandanı (1935–1943). TTTİİSİttihamın ilk üç bəndi üzrə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Həbs cəzasının güllələnmə ilə dəyişdirilməsi barədə ərizə vermiş, lakin ərizəsi rədd edilmişdir. 1955-ci ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 6 noyabr 1960-cı il tarixində vəfat edib.Ulrix Fridrix Vilhelm İoahim fon Ribbentrop()100px (30 aprel 1893 – 16 oktyabr 1946)SS-in oberqruppenfüreri. Xarici işlər naziri (1938–1945).TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib (Məhkəmə materiallarında nazirliyin və şəxsən Ribbentropun Üçüncü reyxin Kukla dövlətlərinin ərazilərində Holokostun təşkil olunmasında böyük rolu olduğu vurğulanmışdır). Asılıb.Alfred Rozenberq()100px (12 yanvar 1893 – 16 oktyabr 1946)SA-nın oberqruppenfüreri. Reyxslyayter, NSAFP-ın xarici siyasət idarəsinin rəhbəri, işğal olunmuş şərq ərazilərinin reyxsministri. (1941–1945).TTTTİttihamın bütün bəndləri üzrə təqsirli bilinib. Asılıb.Hans Mixael Frank()100px (23 may 1900 – 16 oktyabr 1946)SS və SA-nın oberqruppenfüreri. Reyxslyayter, Portfelsiz reyxsministr, Alman Hüquq Akademiyasının prezidenti. Polşanın general-qubernatoru.TZİİSTTİlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Öz günahını boynuna almış azsaylı müttəhimlərdən biri olub. Asılıb.Vilhelm Frik()100px (12 mart 1887 – 16 oktyabr 1946)Reyxslyayter, NSAFP fraksiyasının reyxstaqdakı rəhbəri. Daxili işlər naziri (1933–1943); Portfelsiz reyxsministr (1943–1945). Bohemya və Moraviyanın reyxsprotektoru (1943–1945).TZTTTİlk növbədə işğal olunmuş ərazilərin əhalisi ilə amansız rəftara və yəhudilərin təqib olunmasının təşkilinə görə, sülhə qarşı cinayət, hərbi cinayətkarlıq və insaniyyətə qarşı cinayət bəndləri üzrə təqsirli bilinib. Asılıb.Hans Friçe()100px (21 aprel 1900 – 27 sentyabr 1953)Daxili mətbuat xidmətinin rəisi (1938–1942); Xalq Maarif və Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəisi (1942–1945). Radioaparıcı, jurnalist.TZTZTZİİSTəbliğat nazirliyinin yüksək vəzifəli məmuru qismində prosesə cəlb olunub. Məhkəmə araşdırmaları nəticəsində günahsız elan olunaraq sərbəst buraxılıb. 1947-ci ildə denasifikasiya nəticəsində 9 il müddətinə həbs cəzası alıb. 1950-ci ildə sağlamlıq vəziyyətinin pis olması səbəbindən vaxtından əvvəl azad olunub. 27 sentyabr 1953-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.Valter Emanuel Funk()100px (18 avqust 1890 – 31 may 1960)İqtisadiyyatın reyxsministri (1938–1945), hərbi iqtisadiyyat məsələləri üzrə baş müvəkkil.