Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri.

Tarixi Blokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).

Həmçinin bax İstilik elektrik stansiyası

İstinadlar

Kateqoriya:Azərbaycanda qaz elektrik stansiyaları