Vətən Hüseynli () — Azərbaycanı təmsil edən boksçu.
Karyerası Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12012Avropa Olimpiya Təsnifat Turniri Türkiyə2.2Olimpiya Oyunları Birləşmiş KrallıqPAT
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları