S.U.S.S.U.S. itunesdə İstifadə tarixi: 18.05.2021Aygün Kazımova - S.U.S. (Discogs) İstifadə tarixi: 12.05.2021 — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır.Aygün Kazımovanın "Sus" klipi sosial şəbəkələrdə böyük əks-səda doğurdu - VİDEO İstifadə tarixi: 06.06.2021
Fon və yazılma
Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir. Bununla bərabər Türkiyədə türk dilində bir neçə layihə həyata keçirmişdir. Aygün Kazımovanın zamanla düzgün komanda ilə ilə çalışmaması, onun kariyerasında enmələrə səbəb olmuşdur. Türkiyədəki musiqi şirkətləri ilə işbirliyini sonandıran "Xalq artisti" gürcüstanlı prodüserlərlə çalışmaya başlamışdır. Gürcüstanı 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsil etmək haqqı qazanan gürcü bəstəkar-müğənni Stefan Mgebrişvili ilə Aygün Kazımova 2016-cı ildə Gürcüstanda tanış olmuş və ikili yeni bir layihə etmək haqqında razılığa gəlmişdirlər. 2011-ci ildə Namiq Qaraçuxurludan ayrılan Aygün Kazımova yenidən 2017-ci ildə "SS Production" şirkəti ilə çalışmaya başlamışdır. Aygün Kazımova "SS Production" ilə 2001-2004-cü illərdə əməkdaşlıq etmişdir. Məhs bu illər Aygün Kazımovanın "partlayış" etdiyi illər sayılır. Pop-diva ləqəbli ifaçını zamanla həm izləyicilər, həm də sənət adamları tənqid etmiş və onun zamanla gerilədiyini ifadə etmişlər. Haqlı iradlardan nəticə çıxaran "Xalq artisti", 28 fevral 2017-ci ildə instagram sosial şəbəkəsindəki öz hesabında “Crystal hall"dakı konsertimə 6 ay qalıb. Yaradıcı işlər artıq yanvardan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Hər şeyə sağlamlığımdan başlamalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qalıb, hər şeyə burada nail olacam.” sözlərini yazmışdır. İlk öncə komandasını, geyim və musiqi tərzini dəyişən ifaçı bir müddət gözlərdən uzaqlaşmışdır. Nəticə olaraq, 2017-ci ildə işıq üzü görən "S.U.S." sinqlı mətbuatda "Aygün Kazımova geri qayıtdı" başlığı ilə təqdim edilmişdir.
Aygün Kazımova 2012-ci ildə sözləri meyxanaçı Vüqar Əbülova və musiqisi isə Hacı Nazimə aid olan "Gəl dönək evimizə" balladını ifa etmişdir. Lakin mahnının piyarı zəif olduğu üçün mahnı hit ola bilməmişdir. Amma buna baxmayaraq, pop-diva bu layihədə də meyxanaçı Vüqar Əbdülovla əməkdaşlıq etmişdir. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnı Gürcüstanın Tiflis şəhərində yerləşən "Bravo Records" adlı səsyazma studiyasında lentə alınmışdır. Mahnının musiqi prodüseri Stefan Mgebrişvili, baş prodüseri isə Aygün Kazımovadır. "S.U.S." Azərbaycan dilində səslənən bir pop mahnısıdır. 7 Sentyabr 2018-ci ildə "SS Production" tərəfindən Aygün Kazımovanın "Duy" adlı EP albomunda mahnının remake versiyası yayımlanmışdır. Mahnı 30 dekabr 2017-ci ildə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosu 106.3 FM tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görülmüşdür.
Tənqidlər
Musiqi tənqidçiləri və populyar ifaçılar mahnıya müxtəlif fikirlərlə yanaşmışlar. Müğənni İradə İbrahimova mahnı haqqında “Sevildi bu mahnı, bu klip də çox sevildi. Mən çox sevdim bu mahnını, klipi də...Və orda Aygün xanımın əməlli başlı aktrisa kimi orda rolu var.” Xalq artisti bəstəkar-müğənni Tünzalə Ağayeva mahnı haqqında “Beyinlərdədir, dillərdədir. Jamiroquai, mənə xatırladan bir tərzdir.Jamiroquai çox sevirəm. Bu mahnını xüsusi bir diqqətlə dinləyirdim. Maraqlı mahnıdır mənim üçün. Aygün xanıma çox yaraşan bir mahnı oldu.” Müğənni Rəhim Rəhimli mahnı haqqında “Bu mahnı hitdir. Bu mahnı 100-də 100 hitdir. Bu mahnının aranjimanı, masterinqi möhtəşəmdir. Hər bir şeyi möhtəşəmdir.” Bəstəkar Gövhər Həsənzadə mahnı haqqında “Yenə etiraf edəcəyəm, mahnı Aygünü bu gün gündəmdə saxlamayacaq, Aygün Kazımova o mahnını gündəmə gətirəcək.” Müğənni Natəvan Həbibi mahnı haqqında “Mahnı çox qəşəngidir. Mənim üslubuma çox yaxındır, ona görə də, çox bəyənmişəm. Minorun üstündə ritmik mahnıdır. Bu mənim üslubuma çox yaxındır. Ona görə də bəyənmiyə bilməzdim. Mahnı özü qəşəngdir, ifa qəşəngdir, aranjiman superdir, klip bomba klipdir. Kim nə deyir desin.” Müğənni Səidə Sultan mahnı haqqında “ S.U.S. reperturına çıxanda Aygün xanımın, mən dedim ki, Aygün gəldi.” Müğənni Günay İbrahimli mahnı haqqında “ Səs-sədaya səbəb oldu, o görüntülər. Çox rəylər gəldi, daşladılar, tənqidlər oldu. Güzgü olaraq, təqdim edib ki, belə həyatlar da var. Bəli.” Bəstəkar-müğənni Murad Arif öz rəsmi twitter hesabında mahnı haqqında “ Etiraf edirəm ki, ilin 1 nömrəli klipi Aygünün "SUS" klipi oldu, sonra isə #PARTLAT… ”Murad Arif Twitterdə Teleqraf saytının müxbiri Arzu Murad layihəni şərh edərkən “ Aygün Kazımovanın 18+ aclığı” başlığı ilə paylaşaraq, Aygün Kazımovanı kəskin şəkildə tənqid etmiş və "Xalq artisti" fəxri adına sahib bir ifaçıya yaraşdırmadığını bildirmişdir.
Tanıtımı və musiqi videosu Aygün Kazımovanın 22 sentyabr 2017-ci ildə baş tutan "Aygün Kazımova - 30 il" adlı solo konsertinin anonsunda mahnıdan istifadə edilmişdir. Anonsda “Azərbaycanın şou tarixinin sıfırlanıb, yenidən yazılmasının şahidi olacağıq” ifadəsi səslənən zaman, arxa fonda pop-divanın ifasındakı "S.U.S." mahnısından istifadə edilmişdir.Aygün Kazımova - 30 il! / 22 sentyabr / Baku Crystal Hall (Anons) Aygün Kazımova mahnını ilk öncə "Aygün Kazımova - 30 il" adlı solo konsertində canlı ifa etmişdir. Baku Crystal Hallındakı çıxışı zamanı fransalı rejissor və xoreqraf Reda Bentifur mahnı üçün xüsusi şou qurmuşdur. Pop-diva konsertin sonunda mahnını ifa etmişdir. Səhnədə 11 rəqqasın müşayəti ilə təqdim etdiyi mahnının səhnə şousunda xoreqrafın özü də səhnədə məharətini nümayiş etdirmişdir. Rəqqaslarla rəqs elementlərini icra edən ifaçı, Rəşad Haşımovun başçılığı ilə Rast qrupunun müşayətində canlı ifası ilə diqqətləri özündə cəmləşdirməyi bacarmışdır. Pop artist mahnını Baku Crystal Hall səhnəsində Rüfət İsmayıl imzalı ağ rəngli libasda ifa etmişdir.
Aygün Kazımova 2017-ci ildə ənənəvi olaraq, Fəvvarələr meydanında “Nargis Fund”un təşəbbüsü ilə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında, Azad Azərbaycan radiosu ilə 106.3 FM tərəfindən həyata keçirilən "Milli dalğa-2017" mükafatlandırma mərasimində ifa etmişdir. Mükafatlandırma mərasimində "S.U.S." sinqlı "İlin Mahnısı" seçilmişdir. Mükafatlandırma gecəsində Azad Azərbaycan TV MTRK-nın Radio qrupları üzrə vitse-prezidenti, 106 və 106.3. FM radiostansiyalarının direktoru Arzu Cəfərova mətbuata müsahibəsində “O layiqdir bu mükafata, gözəl konsert keçirilib o boyda Crystal Hall-da. Bu il Aygün Kazımovaya veriləcək "Milli dalğa" mükafatı.” sözlərini demişdir. 2018-ci ilin 29 iyulunda mahnının rusca verisiyasını "Жара" musiqi festivalında təqdim etmişdir. Mahnının rusca sözlərinin müəllifi Evgeniya Trubaçovaya aiddir. Mahnı rusca "Пусть" adı ilə təqdim olunmuşdur. 1 dekabr 2018-ci ildə Baku Elektra Events Hall-da fransalı musiqiçi David Vendetta və gürcüstanlı prodüser-bəstəkar Kahaberi ilə verdiyi "Duy" adlı konsertində "Duy" adlı albomunu ve mahnının remake versiyasını təqdim etmişdir. "Duy" adlı konsertdə mahnı üçün italiyalı xoreqraf Francesca Lavecchia rəqs qurmuşdur. Aygün Kazımova mahnını səhnədə ifa edərkən konsertdə yerli və xarici rəqqaslarla birlikdə qurduqları şou ilə təqdim etmişdir. Daha sonra 2018-ci ildə hər il ənənəvi olaraq, Türkiyədə təqdim edilən Altın Kelebek mükafatlandırma mərasimində mahnının remake versiyasını ifa etmişdir.
"S.U.S." üçün lentə alınan musiqi videosu gürcüstanlı Nestan Sincikaşvili tərəfindən Bakı şəhərində iki gün ərzində çəkilmişdir. Mahnıya klipi çəkən gürcü rejissor mətbuata açıqlamasında bu fikirləri bildirmişdir :
Klipdəki geyimlər yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının gecə tərzindən ilham alınaraq hazırlanmışdır. Geyimlər azərbaycanlı modelyer-dizayner Rüfət İsmayılın kolleksiyasındandır. Aygün Kazımovanın makiajını Ruxa ləqəbli Ruhəngiz Əliyeva etmişdir. Mahnının ilk tanıtımını Aygün Kazımova rəsmi instaqram hesabında klipdən bir foto paylaşaraq, “Bu da yeni oyun. Və dəyişilməyən oyunçu sizin Aygün. Tezliklə, "S.U.S."” şərhini yazmışdır. Növbəti gün pop-diva instaqram hesabında klipin 20 saniyəlik tizerini paylaşmışdır. Daha sonra klip tam olaraq, 27 avqust 2017-ci il tarixində Aygün Kazımovanın şəxsi YouTube hesabında təqdim edilmişdir. Klip YouTubeda təqdim edildikdən sonra 1 gün içində 100.000-dən çox baxış əldə etmiş və Azərbaycan və Gürcüstanın YouTube Trendinə girmişdir.Aygün zirvədə – VİDEO
Məzmunu