Rixard Georq Ştraus () son romantik və erkən modern erasının aparıcı alman bəstəkarı.
Qızılgül kavalyeri, Elektra, Kölgəsiz qadın və Salomeyanın da daxil olduğu operaları ilə, alman poeziyasını klassik musiqiyə uyğunlaşdırması ilə — xüsusilə, Sonuncu Dörd Nəğməsi; Don Juan, Ölüm və Transformasiya, Till Ulenşpigelin şən zarafatları, Zərdüşt belə deyirdi, Bir qəhrəmanın həyatı, Ev simfoniyası, Alp simfoniyasının da daxil olduğu simfonik şeirləri ilə və digər instrumental əsərləri ilə məşhurdur. Ştraus həmçinin Qərbi Avropa və Amerikada görkəmli dirijor kimi tanınır.
İstinadlar
Kateqoriya:Almaniya bəstəkarları Kateqoriya:Romantik bəstəkarlar