Həyatı Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb.
Yaradıcılığı 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir.
Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz) O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün) F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz) R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala) R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə) F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil) İ.Kalmanın "Silva” (Silva) E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Azərbaycan Respublikasının Əməkdar artistidirAzərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar