Tülay Hatimoğulları Oruç () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı, HEDEP-in həmsədri.
Həyatı Tülay Hatimoğulları Oruç 1977-ci ildə Hatay ilinin Samandağ ilçəsində anadan olub. Ərəb-Ələvidir. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.
Ərəb mədəniyyətinin və ərəb dilinin dirçəlişi üçün tədqiqatlar aparıb. 1995-ci ildə ərəb musiqisi və teatr fəaliyyətini də aparan Müasir İncəsənət Atölyesinin qurucularından biri olub. 2015-ci ildə Yaxın Şərq Ərəb Xalqları Araşdırma İnstitutunun yaradılmasında və idarə olunmasında yer alıb.
Feminizm sahəsində də işlər aparıb. 2000-ci ildə AMARGİ Qadınlar İnstitutunun, 2007-ci ildə isə Qadın Əməyi İttifaqının yaradılmasında və idarə olunmasında yer alıb.
Kürd probleminə həll yolu tapmaq üçün çalışan vətəndaş təşəbbüsü olan Barış Məclisində çalışıb. 2011-ci ildə Xalqların Konqresinin (HDK) yaradılmasında yer alıb.
2013-cü ildə Sosialist Yenidənqurma Partiyasının (SYKP) qurucularından biri olub. SYKP İdarə Heyətinin üzvü olub. 2016-cı ilin iyununda Ahmet Kaya ilə birgə Sosialist Yenidənqurma Partiyasının (SYKP) həmsədri seçilib. 2018-ci ilin noyabrından bu vəzifədən istefa verib.
24 iyun 2018-ci ildə HDP-nin namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
3 iyul 2022-ci ildə HDP-nin qurultayında İdarə Heyətinin üzvü seçilib. HDP həmsədrinin müavini olub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
15 noyabr 2023-cü ildə qurultayda HEDEP-in həmsədri seçilib.
Ərəbcə bilir. Evlidir.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türk feministlər Kateqoriya:Dil hüquqları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri