Spiridon Nikolaou Marinatos (; ) — Yunanıstan arxeoloqu.

Həyatı 1939-cu ildə Britaniya elmi jurnallarından birində o, Minoy sivilizasiyasının tənəzzülü və ölümünün səbəblərini fərz etdiyi "Minoy Kritinin vulkanik məhvi" adlı məqalə dərc etmişdir. Onun sözlərinə görə, Krit sarayları və yaşayış məntəqələri Tira adasında Santorini vulkanının püskürməsindən və sonrakı zəlzələdən sonra yaranan güclü sunami nəticəsində dağılmışdır. Nəticələri yerə düşən külli miqdarda vulkanik külü daha da ağırlaşdırmışdır. Daha sonra püskürmələr təkrarlanmış və sonuncusu, nəhayət, Minoy mədəniyyətini məhv etmişdir.

Spiridon Marinatosun ən əhəmiyyətli əsərləri: "Krit və Mikena" (1959), "Qədim Teranın həyatı və sənəti" (1972).

Qızı Uraniya (Nanno) Marinatos həm də Minoy dini və ikonoqrafiyasının öyrənilməsi üzrə ixtisaslaşmış arxeoloqdur.

İstinadlar

Kateqoriya:Yunanıstan arxeoloqları Kateqoriya:Minoy sivilizasiyası