III Ceyms (; ) — Şotlandiya kralı.
Atasının 1460-cı ildə sui-qəsdlə öldürülməsinin ardından hələ 9 yaşında ikən Şotlandiya kralı elan olundu. Səltənətinin ilk 10 ili yerli əsilzadələrin taxt naibliyi uğrunda girişdiyi siyasi mübarizə ilə keçdi. 1469-cu ildə təkbaşına hakimiyyəti əlinə alan III Ceyms zəif xarakterli bir kral idi və səltənətinin geri qalanı 2 böyük üsyanla mübarizə apararaq keçdi. 1482-ci ildə ingilislərlə müttəfiq olan qardaşı Aleksandr Stüart taxt uğrunda üsyan etdi və bu üsyan III Ceymsin bir müddət həbs tutulmasına səbəb oldu.
Çalxantılı səltənəti 1488-ci ildə üsyan edən əsilzadələrlə döyüşdə həlak olmasıyla nəticələndi və taxt üsyançı birliklərin sevimlisi olan böyük oğlu IV Ceyms tərəfindən ələ keçirildi.
Ailəsi 1469-cu ilin iyulunda Danimarka kralı I Kristianın qızı Marqaritayla evləndi və cütlüyün bu nigahdan 3 oğlu dünyaya gəldi.
IV Ceyms Ceyms Stüart, Ross hersoqu Con Stüart, Mar qrafı
Mənbə
Macdougall, Norman, James III, A Political Study, John Donald (1982) Macdougall, Norman, James III, John Donald (2009), a fully revised and updated edition with substantially different conclusions on James III's career compared to the 1982 edition.
Coombs, B. Material Diplomacy: A Continental Manuscript Produced for James III, Edinburgh University Library, MS 195. The Scottish Historical Review (October), 2019
İstinadlar Kateqoriya:Tacdar uşaqlar