Leonor Andrade () — Portuqaliya müğənnisi və aktrisası. 2015-ci ildə Vyana şəhərində keçirilən Avroviziya-2015 mahnı müsabiqəsində Portuqaliyanı "Há um mar que nos separa" mahnısı ilə təmsil etmişdir.

Həyatı Leonor Andrade 13 sentyabr 1994-cü ildə anadan olmuşdur. 2014-cü ildə Andrade "Səs" teleşousunun Portuqaliya versiyası olan "The Voice Portugal" layihəsinin ikinci mövsümündə iştirak etmişdir. O, layihənin 13-cü buraxılışında yarışı tərk etmişdir. Musiqi layihəsindən sonra Andrade aktrisa kimi özünü sınayaraq "Aqua-de-Mar" serialında Juana Luş rolunu canlandırmışdır.

"The Voice Portugal" layihəsindəki iştirakı Müsabiqə mərhələsi Tamamlanmış kompozisiya Orijinal sənətkar Nəticə Kor dinləmələr «Feeling Good» Nina Simone Leonor Anselmo Ralfın komandasına qoşulmuşdur Döyüşlər «It's a Man's Man's Man's World» (vs Джессики Киприано) Ceyms Braun Mentor tərəfindən xilas edilmişdir İlk birbaşa efir «I Put a Spell on You» Nina Simone Saxlanılmışdır (İzləyicilərin Seçimi)

19 fevral 2015-ci il tarixində Andradenin "Há um mar que nos separa" mahnısı ilə "Festival da Canção" musiqi müsabiqəsinin on iki iştirakçısından biri olduğu elan edilmişdir. 7 mart 2015-ci il tarixində o, bu yarışmada qalib gəlmiş və beləliklə, Avroviziya-2015 mahnı müsabiqəsində Portuqaliyanı təmsil etmək hüququ qazanmışdır.

Diskoqrafiya 2016 — Setembro / Sentyabr

Filmoqrafiya "Aqua-de-Mar" — Juana Luş "Alisa nə edəcəyini bilir!" — Salda, müğənni (portuqal dilində dublyaj edilmiş versiya)

İstinadlar

Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri