2026 "Sabahın Ulduzları" Bakı Kuboku — Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə 1 avqust – 30 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Futbol İnkişaf Mərkəzində keçirilmiş yeniyetmə futbolçular arası ənənəvi ölkəmiqyaslı turnir. Turnir AFFA-nın 2025–2028-ci illəri əhatə edən Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq təşkil edilmişdir.
Yarış U-14 (2012-ci il təvəllüdlülər) və U-15 (2011/2012-ci il təvəllüdlülər) yaş qrupları üzrə paralelləşdirilmiş iki liqada keçirilmiş, hər iki yaş kateqoriyasında 12 komanda mübarizə aparmışdır. Yarışın U-15 yaş qrupu üzrə oyunları 2026-cı ilin oktyabrında Azərbaycanın ev sahibliyi edəcəyi tarixi FIFA U-15 Dünya Çempionatı və Festivalına Azərbaycan U-15 milli komandası üçün seleksiya xarakteri daşımışdır.
İki ay davam edən turnirin yekununda U-14 Liqasının çempionu "Sabah"ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ", U-15 Liqasının çempionu isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gələn "Ulduz" komandası olmuşdur.
Hazırlıq Turnir öncəsi ilk təşkilati məlumatlandırma sessiyası 4 iyul 2026-cı ildə keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Bakı Futbol Federasiyasının (BFF) prezidenti Tahir Süleymanov, AFFA-nın texniki direktorunun köməkçisi Ramiz Kərimov, AFFA Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədov və Bayıl stadionunun nümayəndəsi Paşa Məmmədov çıxış edərək turnirin strateji əhəmiyyətindən bəhs etmişlər.
Layihəyə "Apex" şirkəti və "Sea Breeze" əsas tərəfdaşlar kimi dəstək göstərmişdir. Layihə çərçivəsində rəsmi baş sponsorluq müqaviləsi imzalanıb və turnirin xüsusi maskotu ictimaiyyətə təqdim edilib.
20 iyul 2026-cı ildə "JW Marriott Absheron Baku" mehmanxanasında futbol ictimaiyyətinin, klub rəhbərlərinin və mətbuatın iştirakı ilə rəsmi təqdimat və imza mərasimi keçirilmişdir. Tədbirdə BFF sədri Tahir Süleymanov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, milli komandanın baş məşqçisi Ayxan Abbasov, AFFA-nın yeni texniki direktoru Edmond Klaus və turnirin əsas sponsoru "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə iştirak etmiş, həmçinin "Sabahın Ulduzları" layihəsinin rəsmi maskotu təqdim olunmuşdur.thumb|Futbol İnkişaf Mərkəzi|321x321px
29 iyul 2026-cı ildə turnirin rəsmi püşkatma mərasimi təşkil olunmuşdur. Mərasimdə çıxış edən gənclər arasında dünya və Avropa çempionu olmuş sabiq baş məşqçi Arif Əsədov, AFFA Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və "Neftçi" PFK-nın koordinatoru İslam Kərimov yarışın uşaq futbolunun inkişafındakı rolunu vurğulamışlar. Püşkün nəticələrinə əsasən avqustun 1–4-də keçiriləcək I turun təqvimi müəyyənləşdirilmişdir.
Format Turnir müəyyən olunmuş reqlament əsasında təşkil edilmişdir. Yarışın liqa mərhələsində hər yaş qrupunda yer alan 12 komanda birdövrəli sistem üzrə 11 tur boyunca mübarizə aparmış, mərhələni ilk 4 pillədə başa vuran kollektivlər isə pley-off (yarımfinal, 3-cü yer uğrunda matç və final) mərhələsinə vəsiqə qazanmışlar. Bütün qarşılaşmalar mərkəzləşdirilmiş qaydada Bayıl stadionunda və yenilənmiş Futbol İnkişaf Mərkəzində keçirilmişdir.
Yarış çərçivəsində tətbiq olunan hakimlik innovasiyası nəticəsində uşaq futbolu tarixində ilk dəfə olaraq matçlara 4 hakim təyin edilmiş, qarşılaşmalar rəsmi hakim-inspektorlar tərəfindən qiymətləndirilmiş və hər turdan sonra hakimlər otağında videoanalizlər aparılmışdır. Oyunların işıqlandırılmasına gəlincə, mərkəzi matçlar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanmış, digər bütün qarşılaşmalar isə BFF-nin rəsmi "YouTube" kanalı üzərindən təqdim olunmuşdur.
İştirakçılar
U-15 "Sabahın Ulduzları" U-15 Liqasına aşağıdakı komandalar qatılmışdır:
Qarabağ Neftçi Sabah Ulduz FA
EFA Qəbələ Sumqayıt Zirə
Marafon FM Zəngəzur FK Dinamo Rekord FK (5 avqustdan)
1 avqust 2026-cı ildə keçirilən açılış matçında "Sumqayıt U-15" komandası "Şəfa U-15" kollektivini 5:0 hesabı ilə darmadağın etmişdir. Lakin 5 avqust 2026-cı ildə Bakı Futbol Federasiyası Təşkilat Komitəsi "Şəfa" FK-nın turnirdən kənarlaşdırılması haqqında rəsmi bəyanat yaymışdır. Turnirin FIFA U-15 Dünya çempionatına 2011/2012-ci il təvəllüdlü futbolçuların seleksiyası məqsədi daşıdığı, "Şəfa" akademiyasının yeni qurulduğu və heyətində 2011-ci il təvəllüdlü oyunçuların olmadığı nəzərə alınaraq, klubun öz müraciəti ilə yarışdan çəkilməsi təmin olunmuş və onun yerini "Rekord" komandası tutmuşdur.
U-14
Qarabağ Sabah Neftçi Ulduz FA
Azərbaycan Qartalları FK Xan FK Sumqayıt Vətən FM
Qəbələ Zirə EFA Dostluq FK
Beynəlxalq əməkdaşlıq thumb|353x353px|Bayıl stadionu. 7–9 avqust 2026-cı il tarixlərində BFF-nin tərəfdaşı "QOLAT Sport Service" (rəhbər Səid Bağırov) təşəbbüsü, AFFA, BFF və "Alpex" şirkətinin (prezident Sərdar Salmanzadə) dəstəyi ilə İspaniyanın "Vilyarreal" klubunun nümayəndələri Bakıda "Villarreal CF Camp Baku" layihəsini həyata keçirmişlər.
Sazişə əsasən, "Sabahın Ulduzları" yarışlarında fərqlənən və U-15 Dünya çempionatına namizəd olan 10 nəfər istedadlı gənc futbolçu ispan mütəxəssislərin təlim-məşq kempində tam ödənişsiz iştirak etmək hüququ qazanmışdır. 9 avqustda UEFA Pro lisenziyalı ispan məşqçi Jordi Qratakos yerli mütəxəssislər üçün akademiya metodologiyası və müasir futbol fəlsəfəsi mövzusunda ödənişsiz seminar keçirmişdir. İspaniya təmsilçiləri həmçinin Bayıl stadionunda "Sabahın Ulduzları" U-14 Liqası çərçivəsində keçirilən "Zirə" – "Vətən" qarşılaşmasını canlı izləmişlər.
U-14 Liqası
Liqa mərhələsi U-14 Liqasında 11 tur davam edən barışmaz mübarizənin sonunda çempionluq pley-offuna vəsiqə qazanan ilk dörd komanda bəlli olmuşdur. "Qarabağ" və "Sabah" topladıqları 31 xalla cədvəlin zirvəsini bölüşmüşlər. № Komanda O Q H M VQ BQ T/F X Məsələ 1 Qarabağ FK 11 10 1 0 58 14 +44 31 Pley-off mərhələsinə vəsiqə 2 Sabah FK 11 10 1 0 37 8 +29 31 3 Neftçi PFK 11 9 0 2 56 18 +38 27 4 Ulduz FA 11 7 1 3 47 11 +36 22 5 Azərbaycan Qartalları FK 11 7 1 3 26 17 +9 22 6 Xan FK 11 5 0 6 21 28 -7 15 7 Sumqayıt FK 11 4 1 6 28 29 -1 13 8 Vətən FM 11 4 0 7 22 40 -18 12 9 Qəbələ FK 11 2 2 7 17 47 -30 8 10 Zirə FK 11 2 0 9 15 37 -22 6 11 EFA 11 2 0 9 18 48 -30 6 12 Dostluq FK 11 0 1 10 12 58 -46 1
Pley-off mərhələsi thumb|343x343px|"Neftçi" — "Ulduz" matçından öncə. 29 sentyabr. Sentyabrın 19-da keçirilən yarımfinal qarşılaşmasında "Qarabağ" və "Ulduz" komandaları üz-üzə gəlmişdir. 9 qolun vurulduğu gərgin matçda "Qarabağ" 5:4 hesabı ilə qələbə qazanaraq finala adlamışdır. Paralel matçda isə "Sabah" "Neftçi"ni 3:0 hesabı ilə üstələmişdir.
29 sentyabr 2026-cı ildə keçirilən bürünc medal matçında "Ulduz" və "Neftçi" üz-üzə gəlmişdir. İlk yarıda 3 cavabsız qol vuraraq fasiləyə üstün yollanan "Ulduz" ikinci hissədə "Neftçi"nin fərqi 3:2-yə endirməsinə baxmayaraq, 68-ci dəqiqədə 4-cü qolu vuraraq matçı 4:2 hesabı ilə tamamlamış və U-14 Liqasının bürünc medallarına sahib olmuşdur.
Final 30 sentyabr 2026-cı ildə Futbol İnkişaf Mərkəzində U-14 Liqasının həlledici final oyunu keçirilmişdir. 2:0 hesablı qələbə qazanan "Qarabağ U-14" komandası 2026-cı il "Sabahın Ulduzları" Bakı Kubokunun U-14 Liqasının çempionu olmuşdur.
U-15 Liqası
Liqa mərhələsi U-15 Liqasında 11 turun yekununa əsasən sıralama aşağıdakı kimi formalaşmışdır: №KomandaOQHMVQBQT/FXMəsələ1Neftçi PFK111010477 +4031Pley-off mərhələsinə vəsiqə2Ulduz FA11902477 +40273Qarabağ FK118124313 +30254EFA117133617 +19225Sabah FK117043715 +22216Zirə FK116233219 +13207Qəbələ FK116052122 -1188Sumqayıt FK103072725 +299Rekord FK102261432 -18810Dinamo FK101091064 -54311Zəngəzur FK10028858 -50212Marafon FM1101101255 -431
Pley-off mərhələsi 20 sentyabr 2026-cı ildə keçirilən yarımfinal matçlarında aşağıdakı nəticələr qeydə alınmışdır:
"Ulduz" – "Qarabağ" 1:0 (Qol: Nihad Bəylərli, 12) "Neftçi" – EFA 4:2 (Qollar: H. Əliyev, 27, S. Orucov, 55, Q. Babayev, 60 (pen), 63 — T. Zahidov, 20, 66)
29 sentyabr 2026-cı ildə U-15 Liqasında bürünc medallar uğrunda dramatik qarşılaşma baş tutmuşdur. "Qarabağ" və EFA arasında keçirilən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatmışdır. 30 dəqiqəlik əlavə vaxtda hər iki komanda fərqlənərək hesabı 3:3 etmişdir. Qalibi müəyyənləşdirən penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən "Qarabağ" (6:5) U-15 Liqasının bürünc medalını qazanmışdır.
Final 30 sentyabr 2026-cı ildə U-15 Liqasının böyük final matçı keçirilmişdir. Matçda dubl edən Nihad Bəylərlinin qolları ilə 2:1 hesablı qələbə qazanan "Ulduz FA U-15" komandası turnirin çempionu olaraq "Sabahın Ulduzları" Bakı Kubokunu başı üzərinə qaldırmışdır.
Əhəmiyyəti "Sabahın Ulduzları" 2026 turniri müstəsna olaraq 2026-cı ilin oktyabrında Hövsan qəsəbəsində FİFA tərəfindən tarixdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına (8x8 formatda, 190 ölkənin iştirakı ilə) milli komandanın seçilməsi üçün əsas meydança olmuşdurSeleksiya prosesi çərçivəsində AFFA skautları tərəfindən 350-dən çox gənc futbolçu sınaqdan keçirilmiş, onların sayı öncə 80-ə, daha sonra 25 nəfərlik şort-listə endirilmişdir. Həmin 25 nəfərlik namizəd siyahısının 19 nəfəri (76%-i) məhz "Sabahın Ulduzları" turnirində çıxış edən futbolçulardan ibarət olmuşdur. Mətbuatda dərc olunan təhlillərdə turnirin uşaq futbolundakı kütləviliyi təmin etməsi yüksək qiymətləndirilsə də, milli komandaya namizəd 25 futbolçunun 21-nin Bakı klublarının ("Ulduz"dan 7, "Qəbələ"dən 2, "Turan Tovuz"dan 1, "Karvan-Yevlax"dan 1 və s.) payına düşməsi bölgələrdə uşaq futbolu infrastrukturunun zəifləməsi kimi mənfi göstərici kimi qeyd olunmuşdur.
"Sabahın Ulduzları" layihəsi illər ərzində Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil Balayev, Musa Qurbanlı, Coşqun Diniyev, Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş Salyanski, Namiq Ələsgərov, Azər Salahlı kimi milli komanda üzvlərinin, eləcə də Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu kimi beynəlxalq dərəcəli hakimlərin yetişməsində həlledici rol oynamışdır. 2026-cı il mövsümü isə yarışın yeni infrastrukturu, videoanalizləri və 2026 FİFA Dünya Kuboku qaydalarına inteqrasiyası ilə turnir tarixinin ən peşəkar təşkil olunmuş mövsümü kimi qiymətləndirilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakıda futbol Kateqoriya:Azərbaycanda futbol liqaları Kateqoriya:Gənclər futbolu