II "Qızıl Pəri" mükafatı — "Qızıl Pəri" kino və televiziya peşə mükafatının ikinci təqdimetmə mərasimi. 2018-ci il dekabrın 28-də keçirilib. "Ən yaxşı bədii film" mükafatını İlqar Nəcəfin "Nar bağı" filmi qazanıb; film həmçinin ən yaxşı kişi rolu, qrim rəssamı və səs rejissoru nominasiyalarında qalib olub.

Seçim prosesi "Qızıl Pəri" mükafatının Seçim Komissiyasının üzvləri 2018-ci il oktyabrın 3–30-da müsabiqəyə təqdim olunmuş 316 ərizəyə və onlarla bağlı audiovizual əsərlərə baxaraq nominasiyaları və namizədləri müəyyənləşdiriblər.

Qaliblər Bu mərasimdə ilk dəfə montaj, geyim rəssamı, qrim rəssamı, səs rejissoru və televiziya rejissoru nominasiyaları üzrə mükafatlar verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsərlər də ayrıca mükafatlandırılıb. Nominasiya Qalib Əsər Studiya / kanal Ən yaxşı bədii film İlqar Nəcəf "Nar bağı" Ən yaxşı tammetrajlı debüt filmi Mirbala Səlimli "Qırmızı bağ" Ən yaxşı qısametrajlı bədii film Murad Abıyev "Dəniz suyu içən it" Ən yaxşı debüt (qısametrajlı bədii film) Emin Mirabdullayev "Postskriptum" Ən yaxşı sənədli film Fariz Əhmədov, Vüqar İslamzadə "Əbədi ezamiyyət" Ən yaxşı qısametrajlı sənədli film Teymur Daimi "Bu sevgidir" Ən yaxşı cizgi filmi Arif Məhərrəmov "Mənim balaca şahzadəm" Ən yaxşı televiziya filmi Coşqun Zairov "Bakı nefti bütün aləmə bəs edər" Ən yaxşı müəllif televiziya verilişi Kamal Dəniz "Çöl adamı" Ən yaxşı rejissor işi Yavər Rzayev "Xeyirlə Şərin rəqsi" Ən yaxşı rejissor işi (sənədli filmdə) Fariz Əhmədov, Vüqar İslamzadə "Əbədi ezamiyyət" Ən yaxşı televiziya rejissoru Rövşən Vaqifoğlu "Azərbaycan musiqisinin şah əsəri" Ən yaxşı orijinal ssenari Namiq Ağayev, Fikrət Məmmədov "Ol" Ən yaxşı operator işi Rəşad Nuriyev "Son iclas", "Əbədi ezamiyyət" Ən yaxşı rəssam işi Rafiq Nəsirov "Xeyirlə Şərin rəqsi" Ən yaxşı orijinal musiqi Salman Qəmbərov "Qırmızı bağ" Ən yaxşı qadın rolu Mehriban Zəki "İçəri şəhər" Ən yaxşı kişi rolu Qurban İsmayılov "Nar bağı" Ən yaxşı prodüser Əliağa Məmmədov "Cümhuriyyətin 9 şəkli" Ən yaxşı montaj Elsad Rəhimov "Xeyirlə Şərin rəqsi" Ən yaxşı geyim rəssamı Şahin Həsənli "Eviniz abad" Ən yaxşı qrim rəssamı Elbrus Vahidov "Nar bağı" Ən yaxşı səs rejissoru Teymur Kərimov "Nar bağı" Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər Elxan Cəfərov "Cümhuriyyətin 9 şəkli" Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər Tahirə Hüseynova "Böyük ekranda yazılan tarix" Xüsusi diplom — ən yaxşı kompüter animatoru Sultan Abbasbəyli "Aydanın rəsmi" Xüsusi diplom — ən yaxşı tələbə işi Nərgiz Yusifova "Külək" Xüsusi diplom — ən yaxşı həvəskar film Şükran Səlimova "Həyatını dəyiş" Xüsusi diplom — ən yaxşı sosial çarx Elvin Mirzəyev "Özgə həyat" "Üç İfritə" bloqunun xüsusi diplomu — ən cəsarətli film Ruslan Ağazadə "Balaca" "Üç İfritə" bloqunun xüsusi diplomu — ən yaxşı müstəqil film Teymur Daimi "Bu sevgidir" Milli televiziyanın inkişafına töhfəyə görə Vasif Babayev — Milli kinonun inkişafına töhfəyə görə Mayis Ağabəyov, Yalçın Əfəndiyev —

Həmçinin bax Qızıl Pəri (mükafat) Azərbaycan Professional Kinorejissorlar Gildiyası

İstinadlar

Kateqoriya:Qızıl Pəri (mükafat) Kateqoriya:2018-ci ildəki hadisələr