thumb|Belton House İngilis kənd malikanəsi () — İngiltərə kənd yerlərində aristokratiyaya və varlı torpaq sahiblərinə məxsus olan böyük malikanə və ya saray tipli yaşayış binaları üçün işlədilən ümumi anlayış. Bu cür evlər adətən şəhərdə də mülkü olan zadəganlara məxsus idi və onlara ilin müəyyən dövrlərini kənddə, digər dövrlərini isə şəhərdə keçirməyə imkan yaradırdı. Lakin bu termin həm də 1832-ci il seçki islahatına qədər Britaniya cəmiyyətinə və siyasətinə tamamilə hakim olan torpaq sahibi yuxarı təbəqənin əsas, daimi iqamətgahı olan mülkləri də əhatə edirdi. Qraflıqların inzibati və rəsmi idarəetmə işləri çox vaxt məhz bu mülklərdən həyata keçirilirdi.
Sosial və iqtisadi əhəmiyyəti
Çoxsaylı daxili və xarici xidmətçi heyətinin çalışdığı İngilis kənd malikanələri yerli icmalar üçün mühüm məşğulluq mərkəzləri idi. XIX əsrin axırlarındakı aqrar böhranlara qədər bu mülklər sahiblərinə əsasən kənd təsərrüfatı torpaqlarından gələn gəlir təmin edirdi. Lakin XIX əsrin axırları və XX əsrin əvvəlləri ənənəvi İngilis kənd malikanələri həyat tərzinin tənəzzül dövrü olmuşdur. Artan vergilər və Birinci Dünya müharibəsinin ağır sosial-iqtisadi nəticələri yüzlərlə malikanənin dağılmasına və ya dövlətə təhvil verilməsinə səbəb olmuşdur; sağ qalanlar isə yeni dövrün şərtlərinə adaptasiya etmək məcburiyyətində qalmışdılar.
Memarlıq üslubları
İngilis kənd malikanələr əsrlər boyu müxtəlif memarlıq təsirləri altında formalaşmışdır. Tikildikləri dövrlərə görə bu evlər müxtəlif üslubları əks etdirirlər: Tüdor və Yelizaveta dövrü: Əsasən qırmızı kərpicdən, böyük bacaları və həndəsi pəncərələri ilə seçilən, orta əsr qalalarından saraylara keçid mərhələsini əks etdirən tikililər (məsələn, Hampton Court Sarayı). Palladianizm və Klassizm: XVII əsrin sonlarından etibarən İntibah dövrü İtaliya memarlığından ilhamlanaraq inşa edilən simmetrik və əzəmətli malikanələr (məsələn, Chatsworth House). Qotik dirçəliş və Viktoriya üslubu: XIX əsrdə dəbdə olan, qədim qala elementlərini və romantik memarlıq detallarını özündə birləşdirən binalar.
Mədəni irs və müasir dövr
Müasir dövrdə bir çox İngilis kənd malikanəsi şəxsi mülkiyyət olmaqla yanaşı, həm də National Trust kimi təşkilatlar tərəfindən mühafizə edilir və muzey kimi ziyarətçilərə açılır. Bu abidələr yalnız memarlıq incisi deyil, həm də Britaniya tarixinin, incəsənət kolleksiyalarının və aristokratik həyat tərzinin mühüm nümunələridir.
Həmçinin bax Malikanə Zadəganlıq
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Coutu, Joan, et al. eds. Politics and the English Country House, 1688–1800 (McGill-Queen's University Press, 2023) online book review Details the impact of social change on design.
Jackson-Stops, Gervase & James Pipkin, The English Country House: A Grand Tour, Weidenfeld & Nicolson, 1985
Gives much detail of how a smaller country house operated in the early 20th century.
Robinson, John Martin, The English Country Estate, Century Hutchinson/National Trust, 1988 Sayer, Michael; Hugh Massingberd ed. The Disintegration of a Heritage: Country Houses and their Collections, 1979-1992, Michael Russell, 1993
Tinniswood, Adrian, The Polite Tourist: A History of Country House Visiting, The National Trust, 1998
Xarici keçidlər
The National Trust – England, Wales, & Northern Ireland The National Trust for Scotland English Heritage Historic Houses Association Hudson's Historic Houses and Gardens – Hudson's list of 2,000 properties open to the public The DiCamillo Companion to British & Irish Country Houses Lost Heritage – A Memorial to the Lost Country Houses of England
Kateqoriya:Birləşmiş Krallıq tikililəri Kateqoriya:Ev növləri Kateqoriya:Ev üslubları Kateqoriya:İngiltərə memarlığı Kateqoriya:İngiltərə mədəniyyəti Kateqoriya:Kənd mədəniyyəti Kateqoriya:Yaşayış binaları Kateqoriya:İngiltərədəki malikanələr Kateqoriya:Böyük Britaniyada ev növləri