Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. 1 sentyabr 2005-ci il tarixli 976-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199917988639352009↗2139↗1035↗1104

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Çaylı kənd kitabxana filialı, Çaylı Poçt Şöbəsi (AZ1315) və Çaylı EATS fəaliyyət göstərir.

Təhsil Kənddə Çaylı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Çaylı kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Çaylı (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri