Təzəkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Təzəkənd kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılmışdır.

Toponimikası Kənd XIX əsrin sonlarında müxtəlif kəndlərdən çıxmış ailələrin məskunlaşması nəticəsində Biləsuvar kəndi yaxınlığında salınmış və buna görə də bəzən Biləsuvarkənd adlanmışdır. Sonralar Biləsuvar kəndi sərhəd postuna çevrilərkən onun əhalisi də bura köçürülmüş və kənd Təzəkənd adlanmışdır.

Tarixi

Tarixi abidələri Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi864Qoşatəpə kurqanları Tunc dövrüTəzəkənd kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912666356312009↗1512↗763↗749

Tanınmış şəxsləri Rizvan Abasov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi.

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Təzəkənd kitabxana filialı və Təzəkənd kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Təzəkənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə Təzəkənd məscidi yerləşir.

Səhiyyə Kənddə Təzəkənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Təzəkənd (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri