Şahin Fazil oğlu Fərzəliyev () — Azərbaycan tarixçisi, şair, şərqşünas və tərcüməçi; 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuş tarix üzrə elmlər doktoru (1997), professor (2004).
Həyatı 27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir.
Ş. F. Fərzəliyev 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir.Şahin Fazil oğlu Fərzəliyev — AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb saytı.
Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi fəaliyyəti 1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülmüşdür.
Hazırda Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmişdir (1996). İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görmüşdür. 142 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazmış və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirmişdir (2006). 1998-ci ildən "Məcməüş-şüəra"nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunmuşdur. 2009-cu ildə Yaponiyanın iki şəhərində (Sinday və Tokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış edib. "Azərbaycan haykurları" adlı kitabındakı bir neçə şeiri Tokioda dərc olunmuşdur.
Ş. F. Fərzəliyev onlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq elmi konfranslarda iştirak etmiş, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərlə elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi olmuşdur. Onun namizədlik və doktorluq dissertasiyaları tariximizin ən mürəkkəb dövrlərindən biri olan XV–XVI əsrlərdə ölkəmizin siyasi, ictimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri əsasında) həsr edilmiş olduğundan mühüm elmi işlər kimi diqqəti cəlb etmişdir.
Ş. F. Fərzəliyev namizədlik və doktorluq dissertasiyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirmişdir. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında, o cümlədən "Üzeyir Hacıbəyov" Ensiklopediyasında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Ş. F. Fərzəliyev Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırmış, öz sözünü deməyi bacarmışdır, hazırda isə yazılmaqda olan 3 cildlik "Azərbaycan tarixi" kitabının bir neçə fəsil və yarımfəsli üzərində işləməkdədir.
Ş. F. Fərzəliyev bir neçə monoqrafiyanın, o cümlədən ("Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə", "Quba tarixi", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu", həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir.
Prof. Ş. F. Fərzəliyev eyni zamanda müxtəlif dövlət universitetlərində pedaqoji fəaliyyətdə də olmuşdur (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti).
Prof. Ş. F. Fərzəliyev son illərdə tərcüməçilik fəaliyyətini daha da genişləndirmiş, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirmiş, bununla kifayətlənməyərək, onlara sanballı "Ön söz" başlıqlı məqalələr, həmçinin geniş şərhlər yazmışdır. Həmin kitabların birincisi XVI əsrin ikinci yarısı – XVII əsrin birinci rübündə yaşamış və Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faydalı tarixi qaynaq qələmə almış İsgəndər bəy Münşinin "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin mükəmməl tərcüməsidir (Əsər 2010 və 2014-cü illərdə 2505 səhifədən ibarət çap olunmuşdur). İkinci qaynaq isə Həsən bəy Rumlu kimi Səfəvi dövrü tarixçisinin məşhur "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") salnaməsidir ki, kitabın hər iki cildi üzərində tərcümə işi artıq bitmiş, şərhlərlə birlikdə çap üçün hazırlanmış və bu tarixi qaynaq "Elm" nəşriyyatına təqdim olunmuşdur.
O həm də Jozef Tiflisinin "Mir Veys və Şah Hüseyn", Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" kimi dəyərli mənbələrin tərcüməçisidir.
Hazırda Ş. Fərzəliyev daha iki tarixi məxəzin tərcüməsi üzərindəki işini də bitirmişdir ki, onların birincisi XV əsr müəllifi Cəlaləddin Məhəmməd Dəvaninin "Ərze-sepahe-Uzun Həsən" ("Uzun Həsən ordusuna baxış) və XVII əsrin anonim divan katibi tərəfindən yazılmış "IV Sultan Muradın Rəvan və Təbriz səfəri Ruznaməsi"dir.
Müəllifin araşdırmaları, göründüyü kimi, çoxşaxəlidir. Görkəmli alim bir tərəfdən ümumi tarixlə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə müntəzəm olaraq Azərbaycan tarixinə dair müxtəlif dillərdə olan ilkin mənbələrin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuşdur.
Ş. F. Fərzəliyev müxtəlif problemlərə həsr olunmuş çoxsaylı məqalələr müəllifi kimi həm Respublikamızda, həm də xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Tehran, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak etmişdir.
Prof. Ş. F. Fərzəliyev 2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olmuş, Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.
Ş. F. Fərzəliyev gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi ilə 13 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəridir. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında sədr müavinidir. Prof. Ş. F. Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olmuş, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir.
İndiyədək Ş. F. Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxmışdır.
Ş. F. Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1992-ci ildən).
O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ və Azərbaycan) təltif olunmuşdur.
Kitabları
Qəzəllər. Bakı: Yazıçı, 1978, 43 səh. (şərikli) Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), Bakı: Elm nəşriyyatı,1983, 151 səh. Qəzəllər. Bakı: Yazıçı, 1986, 223 səh. (şərikli) Yenə görüşərik. Bakı: Yazıçı, 1989, 104 səh. Qəzəllər. Bakı: Elm, 1990, 576 səh. Qəzəllər (I cild). Bakı: Azərnəşr, 1994, 199 səh. Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə (Red, O. Əfəndiyev). I nəşr, Bakı, "Elm", 1995, 197 s. Divan. Bakı: Azərnəşr, 1996, 465 səh. Əllərini ver mənə. Bakı: Gənclik, 1998, 279 səh. Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə (Red. O. Əfəndiyev). II nəşr. Bakı, "Elm", 1999, 241 s. Quba tarixi (Red. V Arzumanlı). I nəşr. Bakı: "Əbilov, Zeynalov və oğulları", 2001, 388 s. Qırxnamə, yaxud qırx şeirdən ibarət elegiya. Bakı: Əbilov, Zeynalov və oğulları, 2001, 64 səh. Kərbəlayi Şahin Fazil. Şerlər. Allah eşqi, peyğəmbər məhəbbəti, imam sevgisi. Bakı: Kür, 2001, 150 s. İlnamə, yaxud səndən ayrı səninlə. Bakı: Elnur-P, 2002, 232 səh. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: Elnur-P, 2003, 118 səh. İran səfərnamələri. Bakı: Elnur-P, 2003, 220 səh. İkinci Divan. Bakı: Elnur-P, 2005, 1268 səh. Təzkireyi-Şahin. Bakı: MBM, 2006, 812 s. Azərbaycan haykuları. Bakı, 2007, 384 səh. Üçüncü Divan. Bakı: Nurlar, 2008, 1399 səh. Yaponiya səfərnaməsi. Bakı, "Elm və təhsil", 2011, 232 səh. Şahin Fazil. İran səfərnamələri (Təkmilləşdirilmiş yeni nəşri). Bakı: İran Mədəniyyət Mərkəzi, 2012, 550 s. Dördüncü Divan, Bakı: Təhsil, 2014 Azerbaycan ve Osmanlı imparatorluğu XV–XVI. yüzyıllar. çev. N. Muradov. İstanbul: TEAS Press, 2017, 372 s. Quba tarixi. (Redaktorlar: Akademik Yaqub Mahmudov; tarix üzrə elmlər doktoru, prof. Tofiq Mustafazadə) II nəşr. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 700 s. İran səfərnamələri. Bakı (Təkmilləşdirilmiş III nəşri): Elm və Təhsil, 2017, 816 s.
Haqqında çap edilən kitablar Şahin Fazil. Qocalığın mübarək. AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəliyevin doğumunun 80 illiyinə həsr olunur. Bakı, 2021, 696 s.
Fars dili və Osmanlı türkcəsindən tərcümələri Tiflisi Jozef. Vaqiati — Mir Veys və Şah Hüseyn, əlyazma nüsxəsi (Osmanlı dilindən tərc. və ön söz Ş. Fazil). Bakı: Azərnəşr, 1992, 58 səh. Soqut və zəval-e Səfəviyan (Bər əsas-e qozareşha-ye Jozef Tiflisi). İsfəhan. Hicri şəmsi, 1388, 82 s. Y. T. Kruşinski. Xristian səyyahın tarixi. (Səfəvi dövlətlərinin tarixinə dair ilkin mənbə), (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı: Azərnəşr, 1993, 105 səh. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). I kitab. (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2010, 1144 səh. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). II kitab. (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2014, 1400 səh. Həsən bəy Rumlu. "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı"). (Fars dilindən tərc. və ön söz Ş. Fazil) — çapa hazırlanır.Şahin Fazil. Qocalığın mübarək ! Bakı, 2021, s. 618–631
Məqalələri Həsən bəy Rumlu xətt və xəttatlar haqqında. ADU əsərləri, Şərqşünaslıq ser., 1971, № 2, s.45–53 Həsən bəyh Rumlunun "Əhsənüt-təvarix" əsərinin tədqiq olunması tarixindən, SM. Kirov adına ADU-nun Elmi Əsərləri, Şərqşünaslıq seriyası, № 1, Bakı, 1972, s.70–73 Tarixçi Həsən bəy Rumlu və onun "Əhsənüt-təvarix" əsəri, S. M. Kirov adına ADU-nun Elmi Əsərləri, Tarix və fəlsəfə seriyası, № 5, Bakı, 1973, s.40–44 Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində bəzi hərbi istilahlar (XV–XVI əsrlərə dair), "Azərb EA Məruzələri" XXXII cild, № 3, 1976, s.73–75 XV–XVI əsrlərdə Azərbaycanda işlədilən bəzi ad, ləqəb və titulların etimologiyası haqqında. Azərbaycan SSR ЕА Xəbərləri, TFH ser.-1977, №З, s.75–83 1585–1588-ci illər Azərbaycan tarixinə aid bir nadir türk əlyazması haqqında. Azərbaycan SSR EA Məruzələri, 1978, № 1, s.70–73 Fəxrəddin Kırzıoğlunun "Osmanlıların Qafqaz ellərini fəth etməsi (1451–1590)" kitabı haqqında bəzi qeydlər. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə. və hüquq seriyası, 1984, № 2, s. 127–132 (O. Əfəndiyevlə birlikdə) Xoca Sədəddin Əfəndi və onun "Tacüt-təvarix" əsəri. Azərbaycan SSR EA. Xəbərləri, Tarix fəlsəfə və hüquq seriyası. 1985, № 3, s. 74–81