Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi — Azərbaycan Respublikasının Qırğıztanda diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Qırğız Respublikasıyla Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Qırğız Respublikasında təmsil edir.
Azərbaycanla Qırğızıstan Türk Dövlətləri Təşkilatı daxil olmaqla bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və s. çərçivəsində həmişə bir-birini dəstəkləyir.
6 oktyabr 2021-ci ildən Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqaladə və səlahiyyətli səfiri Lətif Qəndilovdur.L.S.Qəndilovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Diplomatik əlaqələri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.
Qırğız Respublikasının Azərbaycan Respublikasında səfirliyi 24 oktyabr 2014-cü il tarixində təsis edilmişdir.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan-Qırğızıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Qırğız Parlamenti Joqorku Keneşidə Azərbaycanla əlaqələr üzrə ikitərəfli qrup fəaliyyət göstərir.Жогорку Кенеш Кыргызской Республики.
Azərbaycanın Qırqız Respublikasındakı səfirləri Səfir Müddət başlanğıcı Müddətin sonu Arif AğayevAzərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 16 may 2007 13 iyul 2012 Hidayət OrucovH.X.Orucovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 27 may 2012 6 oktyabr 2021 Lətif Qəndilov 6 oktyabr 2021
Viza tələbləri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında vizasız rejim tətbiq olunmuşdur.
Bütün növ milli pasportlara sahib olan hər iki ölkə vətəndaşları 90 gün müddətinə vizasız səyahət edə bilərlər.
İstinadlar
Xarici keçidlər Qırğızıstandaki Azərbaycanin səfirliyi Rəsmi sayti Azərbaycandaki Qırğızıstanin səfirliyi Rəsmi sayti
Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Qırğızıstanın xarici siyasəti Kateqoriya:Qırğızıstanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycan–Qırğızıstan münasibətləri