Qırğızıstanın Azərbaycan Respublikasındakı səfirliyi — Qırğız Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Qırğızıstanın rəsmi nümayəndəliyi olaraq Qırğız Respublikasıyla Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Qırğızıstanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.

Qırğızıstan ilə Azərbaycan Türk Dövlətləri Təşkilatı daxil olmaqla bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və s. çərçivəsində həmişə bir-birini dəstəkləyir.

2024-cü ildən Qırğız Respiblikasının Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovdır.

Diplomatik əlaqələri Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.

Qırğız Respublikasının Azərbaycan Respublikasında səfirliyi 24 oktyabr 2014-cü il tarixində təsis edilmişdir.

Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan-Qırğızıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu,Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI Qırğız Parlamenti Joqorku Keneşidə Azərbaycanla əlaqələr üzrə ikitərəfli qrup fəaliyyət göstərir.Жогорку Кенеш Кыргызской Республики.

Qırgız Respublikasının Azərbaycandakı səfirləri

Səfir Müddət başlanğıcı Müddətin sonu Apas Cumaqulov AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QIRĞIZISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR 2005 2007 Aycigit Buranov 31 dekabr 2014 5 iyun 2017 Kayrat Osmonaliyev 23 iyun 2021 21 iyun 2024 Maksat Mamıtkanov 7 iyun 2024

Viza Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında vizasız rejim tətbiq olunmuşdur.

Bütün növ milli pasportlara sahib olan hər iki ölkə vətəndaşları 90 gün müddətinə vizasız səyahət edə bilərlər.

İstinadlar

Xarici keçidlər Qırğızıstandaki Azərbaycanin səfirliyi Rəsmi sayti Azərbaycandaki Qırğızıstanin səfirliyi Rəsmi sayti

Kateqoriya:Azərbaycan–Qırğızıstan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Qırğızıstanın xarici siyasəti Kateqoriya:Qırğızıstanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:İkitərəfli əlaqələr